Əsas Səhifə > Sosial, Manşet > "2 aydır canımı boğazıma yığıblar..."
"2 aydır canımı boğazıma yığıblar..."3-01-2022, 08:52 |
DİA.AZ: - "Mənim şikayətim 2 aydır canımı boğazıma yığmış "Kia servis"dəndir. Gənclik filialından..." DİA.AZ bildirir ki, bu barədə Dəniz Kirşani adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir. Daha sonra narazı vətındaş yazır: "Maşının injektorunun işığı yanır. Gedirəm servisə, kompüterlə baxıb "oşibka verib" deyib işığı siıib göndərirlər evə. Hər dəfə evakuatora 35 manat verib aparıram,deyirəm avtomobilim getmir, yoxuşu qalxmır. Silib göndərirlər. Axırı tamam xarab oldu.Yenə apardım dedilər bizlik deyil apar Bakıxanov filialımıza.Orda nömrə veriblər yığmışam deyiblər "gətirin".Evakuatorla götürmüşük Bakıxanova.Orda menecer qarşıladı.Dedi biz baxmırıq bu maşınlara.Servis maşını deyil.Dedim necə yəni axı indicə danışdım dediniz "gətir".Zəng etdiyim nömrəni də göstərdim Menecer dedi bizdə heç belə nömrə də yoxdur.Zəng et o nömrəyə de ki,gəlmişəm çıxın qarşılayın.Zəng etdim,etdim ..açmadılar ,məşğul etdilər.Evakuatora da hələ ortada heç nə yox pul gedib.Dedim daha gətirmişəm xahiş edirəm,problemi budur budur..həll edin .Mənə dedi dediyiniz problemlər təxmini 4000-5000manatlıq problemdir.Etdirmədim.Kor peşman evakuator sürücüsünün sıradan bir hunday ustası vardı.Apardıq ora.Mən başa düşə bilmirəm servis öz markası olan avtomobildən başı çıxmırsa nəyə yarayır?Nə üçündür?Çox ayıb olsun dolandırıcılara!Axır gətirib adi bir ustaya 60 manata düzəltdirmişəm. "Kia motors"un Azərbaycandakı üz qaralarının bacara biımədiyini Şəkili qoca bir usta 20 dəqiqəyə həll etdi... Getməyin o servisə.... Başları heç nədən çıxmır". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |