Əsas Səhifə > Sosial, Manşet > Əmişovun bu qədər cinayətlərinin aqibəti necə olacaq?!
Əmişovun bu qədər cinayətlərinin aqibəti necə olacaq?!6-01-2022, 09:54 |
Son günlər gündəmin ən aktual mövzusu olan Masallıda kı, "meşə mafiya"sının əməlləridir. Dəfələrlə şikayətçilər bildirirdilər ki, sözügedən "mafiya" birbaşa Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova söykənir və o, bunları himayə edir. DİA.AZ bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb. Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzlərində meşə "soyqırımlar"ı daha da günü-gündən aktivləşib. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Adəm İsmiyev işdən çıxdı və şikayətçilər elə düşünürdü ki, A.İsmiyevdən sonra yerli "meşə quldurlar"ı təmizlənərək hərə qanunamüvafiq şəkildə öz layiqli cəzasını alacaq. Sən demə, quldurun birini çıxardıb, o birini onun yerinə təyin edirlər ki, qoy meşələrdə olan saxtakarlığların üstü açılmasın. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyində oturanların bəziləri da yerli "meşə quldurlar"ı ilə törədilən çinayətlərə şərikdir. Adəm İsmiyev bu qədər cinayətləri baş meşəbəyi Faiq Əmişov, baş mühafizə mühəndisi Abturab Bağırov və baş mühasib Mansur Nurəliyevlə birlikdə həyatda keçirtdi (törətdi) və sonra isə ərizəsi alınıb "xoş getdin". Bəs Adəm elədikləri cinayətlər nə oldu?! Kimin ayağına yazıldı?! Adəm İsmiyevdən sonra onun yolunu və cinayətlərini ört -basdır etmək üçün yerinə baş meşəbəyi Faiq Əmişov gətirdilər. Faiq şəxsən etiraf edib ki, mən Mərkəzin direktorluğunu istəmirdim və məni məcbur saxlayıblar ki, qoy bu meşələrimizdə olan qırıntı, əkin və zəbtlərin üstü açılmasın. Necə olur ki, Faiq Əmişova şiddətli töhmət verildiyi halda, gətirib onu direktorluq kürsüsündə otuzdurublar?! Yaxşı F. Əmişovun bu qədər cinayətlərinin aqibəti necə olacaq?! : -Meşə torpaqların Abturab Bağırovla Cəlilabad ərazidində kənd təsərrüfatı bitkilərin əkmək məqsədi ilə vətəndaşlara satdı və hazırda bu iş davam edir; - Meşə torpaqların qazdırıb vətəndaş və kərpiczavodlara satdırır; -Meşələrdə qeyri-qanuni zəbtlər; -Faktiki olmayan əkinləri oldu kimi göstəriblər; -Saxta yolla olmayan 138 ha əkini və 860 təbii bərpanı örtülü meşə sahəsinə keçirdiblər; -Saxta yolla 2020-ci ildə 138 ha əkini və 860 ha təbii bərpanıı örtülü meşə sahəsinə keçirtmək: Mərkəzdə gedən sənədləşmənin saxtakarlığ və s. Bu qədər sübutlu cinayətlərdən sonra yenə bunlar iş başında saxlayıblar və hətta bir pillə də vəzifələrin qaldırırlar ki, cinayətlərin bir az da çox etsinlər. Noyabr 2021-ci il tarixdə Faiq Əmişovla Abturab Bağırov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn cərimə və töhmət əmrlərini gizlətmişdilər və bunun üstü Adəm İsmiyev işdən çıxandan bir gün sonra açıldı. 25 min manat əkinin batmasına görə cərimə gəlib. Burda birbaşa cinayət işi vardır, amma bunlar çalışır ki, bu cinayəti gizlədsinlər. F.Əmişov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yalandan məlumat verir ki, guya 70 ha əkin bərpa edib. Haradadır o 70 ha əkin və bu əkinlər hansı hesabla bərpa olunur?!. Bunlara bir sual verən olubmu ki, siz, 2021-ci ilin əkin planını ödəmisinizmi? Dövriyyədə olan əkinlərin 800 ha yaxını tamam yoxdur. Hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində kütləvi qırıntılar gedir və bunlar, bu boşluqdan istifadə edirlər. Ən dəhşətlisi isə odur ki, sözügedən "cinayətkar dəstə" şikayətçilərə sifariş yollayırlar ki, bizdən day yazmasınlar və bunun müqabilində gedib meşədən odun daşıyıb satıb dolansınlar. Hətta bəzilərinə iş də (yəni gözətçi və ya fəhlə işi) söz verirlər və s. Görünür, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bunlara yaxşı "daydaylıq" edir. Gec-tez bunlar elədiyi bu cinayətlərdə görə qanun qarşısında cavab verməli olacaqlar. Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq. Geri qayıt |