Əsas Səhifə > Sosial, Manşet > "Sonra da deyirlər ki, ölkəmiz RƏQƏMSALLAŞIR..."
"Sonra da deyirlər ki, ölkəmiz RƏQƏMSALLAŞIR..."10-01-2022, 09:27 |
DİA.AZ: - "Şikayətim "ASAN" Xidmətdəndir. Bir neçə gün əvvəl şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün onlayn növbə götürdüm, daha sonra Hökumət Ödəniş Portalı sistemində "ASAN 5" mərkəzini seçib, rüsumu onlayn ödədim və mədaxil məlumatlarını göndərdilər". DİA.AZ xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda Səlimə Bədəlova adlı istifadəçi gileyində yazır. Daha sonraa narazı vətəndaş yazır: "Bu gün "ASAN 5"ə yaxınlaşmışam, növbəm çatdı və operator bildirdi ki, təkrar ödəniş edilməlidir, çünki onlara qəbz lazımdır. Mədaxil məlumatlarını göstərdim, operator bildirdi ki, DİN-ə qəbzi göndərməlidilər. Soruşanda ki, bəs ödəniş hara gedib? Dedi ki, DİN-ə gedib, biz görmürük... Banka yaxınlaşıb, bir də orada növbədə durub, yenidən ödəniş etdim. Çıxanda müvafiq şəxsə olanları bildirəndə mənə dedi ki, bəli, onlar DİN-ə edilən ödənişi görmürlər, amma DİN-ə qəbzi göndərmələri üçün burada təkrar ödəniş edilməlidi. Başa düşmürəm, DİN-lə ASAN-ın ödəniş sistemləri inteqrasiya edilməyibsə, niyə belə seçim var? Əgər mən təkrar növbədə durub, ödəniş edəcəyəmsə, onlayn ödəniş nə üçündür? Mənim ödədiyim birinci rüsumun aqibəti necə oldu? Sonra da ölkəmiz "rəqəmsallaşır" deyirlər..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşçı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |