Əsas Səhifə > Sosial, Manşet > Masallıda bu xəstəxanada əməlli-başlı BAZAR AÇIBLAR...
Masallıda bu xəstəxanada əməlli-başlı BAZAR AÇIBLAR...26-01-2022, 09:09 |
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanası "korrupsiya yuva"sına çevrilib. DİA.AZ bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb. Sayt daha sonra xəbərinə belə davam edir: "Sözügedən Xəstəxanada olan korrupsiya faktı və özbaşınalıqlar birbaşa olaraq xəstəxananın baş həkim Mirrəhim Nəbiyevin göstərişi ilə baş verir. Məsələn, orada rentgen müayinəsi üçün hər xəstə yoxlanan zaman, ondan 10 manat, qanın ümumi analizi 10 manat, biokimya analizi 10 manat və sidiy analizi isə 5 manat tələb olunur. Ölkəmizdə icbari tibbi sığorta olmağına baxmayaraq, xəstəxanalarda hələ də müsbətə doğru nəsə dəyişmir". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |