Əsas Səhifə > Sosial, Manşet > "CityNet" yenə də ƏN BƏRBADI ÇIXDI...

"CityNet" yenə də ƏN BƏRBADI ÇIXDI...


1-03-2022, 11:04
"CityNet" yenə də ƏN BƏRBADI ÇIXDI...
DİA.AZ: - Bir müddət əvvəl "CityNet, bərbadsınız... Bərbad və məsuliyyətsiz..." - VƏTƏNDAŞ ETİRAZI... başlıqlı məqaləni təqdim etmişdik. Həmin məqalədə vətəndaşın "CityNet" provayderinə etirazı əks olunurdu. Aradan kifayət qədər müddət keçsə də, sözügedən xidmətdən şikayətlər səngimir və "CityNet" yetkililəri hansısa tədbiri belə görməyə maraq göstərmirlər.

DİA.AZ olaraq daha bir vətəndaş gileyini təqdim edirik. "Əziz dostlar, nə badə ha, nə badə "CityNet"dən istifadə edəsiniz". Qeyd edək ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Aysel Həsənli adlı istifadəçi digər vətəndaşlara çağırış edir.

"CityNet" yenə də ƏN BƏRBADI ÇIXDI...

Daha sonra narazı vətəndaş yazır "Allah haqqı, sözün həqiqi mənasında bezmişik. Mart ayında ilk iş bir işə yaramayan bu "CityNet"dən canımızı qurtarmaq olacaq..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt