Əsas Səhifə > Sosial, Manşet > DOST da Eldar Mahmudovun kadrının ƏLİNİ SIXDI...

DOST da Eldar Mahmudovun kadrının ƏLİNİ SIXDI...


6-04-2022, 08:59
DOST da Eldar Mahmudovun kadrının ƏLİNİ SIXDI...
DİA.AZ: - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün texnoloji avadanlıqların satın alınması üzrə tenderin qalibini elan edib. DİA.AZ xəbər verir ki, 869 884 manatlıq tenderin qalibi "B2B GROUP" MMC-dir. Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

DİA.AZ bildirir ki, DOST-un qalib elan etdiyi "B2B GROUP" MMC ilə bağlı yerli KİV-də yetərincə maraqlı informasiyalar dolaşmaqdadır ki, bu vaxta qədər heç bir formada təkzib edilməyib.

Onu da xatırladaq ki, "B2B GROUP" MMC təkcə DOST-un yox, daha bir neçə dövlət qurumunun da əsas tender partnyoru kimi diqqətə gəlməkdədədir və büdcənin kifayət qədər böyük pulları bu MMC-yə ötürülür. Elə bundan əvvəl Maliyyə Nazirliyinin inzibati binasında mühafizə sistemlərinə (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemlərinə), daxili server-şəbəkə kompleksinə texniki baxış keçirilməsinin satınalınması üzrə 39 min 176 manatlıq tenderini də sözügedən MMC qazanıb.

İndi isə gələk KİV-də səslənən iddialara...

"B2B GROUP" MMC 2019-cu ilin aprel ayının 19-da təsis edilib.

On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 26, mənzil 89 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi Sumqayıt şəhər sakini Bəşirov Ramal Bəşir oğludur.

DİA.AZ-ın yerli KİV-də araşdırması zamanı məlum olub ki, 2019-cu ildə yaradılan "B2B GROUP" MMC-nin himayədarı böyük əlaqə və informasiyalara malik şəxsdir. Bu şirkətin əsl sahibinin isə 2015-ci ildə prezident İlham Əliyev tərəfindən ləğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini general Elçin Əliyev olduğu iddia edilir.

İddialara görə, "B2B GROUP" MMC-nin yüz min manatlarla məbləği olan dövlət satınalmalarında qalib elan edilməsinin səbəbi Eldar Mahmudovun ən yaxın kadrlarından hesab edilən Elçin Əliyevin güclü əlaqələri olmasıdır.

İndi isə imkan yaranır ki, DOST-un tender dostunun kimliyi ətrafında müəyyən şübhələrin yarandığını iddia edək...

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt