Əsas Səhifə > Sosial, Manşet > Əmrullayevin bu işçisindən XƏBƏRİ VARMI?
Əmrullayevin bu işçisindən XƏBƏRİ VARMI?9-04-2022, 11:10 |
DİA.AZ: - "Son günlər Tərtər rayonu təhsil idarəsində məktəb direktorlarına rəhbəri olduqları təhsil ocaqlarına pul yığılmaması ilə bağlı iltizama qol çəkdirirlər". DİA.AZ bildirir ki, belə bir iddia ilə "Təhsil Şikayətləri" qrupunda Elnur Məmmədov adlı istifadəçi çıxış edib. Təbii ki, pul yığılmasının önlənməsi üçün məktəb direktorlarından iltizam alınması yaxşı haldır. Amma E.Məmmədov bu niyyətinn də sağlam maraqlara xidmət etmədiyini bildirir. dia-az.life-ın məlumatına görə, narazı vətəndaş elə həmin təhsil idarəsindəki özbaşınalıqları sadalayır: "Təhsil idarəsinin müdiri Nuranə Abdullazadənin özü pul yığmaqda davam edir. Rayonun məktəblərində 25-dən çox uşağın adı yazılsa da, onlar Bakıda yaşayırlar. Onlara Tətərdəki 1 saylı, Şıxarx, Sarov, Seydimli kəndlərindəki məktəblərdə qiymətlər yazılsa da, adları həmin məktəblərdə getsə də, özləri Bakıda, Sumqayıtda yaşyırlar..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |