Əsas Səhifə > Sosial, Manşet > Kəmaləddin Heydərovun sürəsi dolub: GÖRƏVDƏN ALIRLAR...
Kəmaləddin Heydərovun sürəsi dolub: GÖRƏVDƏN ALIRLAR...9-05-2022, 09:32 |
Bildiyiniz kimi, ötən həftə Baş prokuror Kamran Əliyev Bakı şəhər prokuroru İlqar Abbasovu tutduğu vəzifədən azad edib. İlqar Abbasovun vəzifədən azad edilməsi həm ictimaiyyət arasında, həm də hakimiyyətin bəzi eşolonunda ciddi şəkildə müzakirə mövzusu olub. Bəzi mənbələrin mediaya sızdırdığı bilgilərə görə İlqar Abbasovun işdən azad edilməsi, onun Penitensiar Xidmətə rəis təyin edilməsi ilə əlaqəlidir. Deyək ki, İlqar Abbasov yaxın günlərdə Penitensiar Xidmətə rəis təyin ediləcək. Bəs yaxşı, belə olan halda Ceyhun Həsənov hara gedir?… O, hansı vəzifəyə irəli çəkiləcək… Bu dəqiqələrdə əldə etdiyim məlumata görə Penitensiar Xidmət rəisi Ceyhun Həsənov FHN (fövqəl nazir) Kəmaləddin Heydərovun yerinə gətirilir. Yəni, bundan sonra fövqəl naziri Penitensiar Xidmət rəisi Ceyhun Həsənov əvəz edəcək. Bu isə o deməkdir ki, FHN şefi Kəmaləddin Heydərovun vəzifədən azad ediləcəyi gün uzaq deyil. Qeyd edək ki, Kəmaləddin Heydərovun hara və hansı vəzifəyə təyin ediləcəyi haqda isə hələki bilgi yoxdur. RealMedia-az.life Geri qayıt |