Əsas Səhifə > Sosial, Manşet > Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR...

Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR...


14-05-2022, 09:39
Niyazi Bayramovun qoçuları Gəncədə MEYDAN SULAYIR...
“Gəncədə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əməkdaşları taksi sürücülərinə aylıq “taksa” qoyub”. dia-az.life-ın məlumatına görə, bu haqda Gəncə şəhəri avtomobilçilər qəsəbəsind’ yaşayan Salmanov Elgün Əkbər oğlu “Dünyanınsəsi.Az” saytına müraciət edərək bildirir ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyəti Başçısının yanında Gəncə Avtomobil Nəqliyyatı ilə sərnişindaşıma idarəsinin xətt üzrə nəzarətçi işləyən Sübhan və Taleh adlı əməkdaşlar məndən aylıq haqq olaraq 20 manat tələb ediblər.
Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.Əslində Dövlət Avtomobil Nəqliyyatının Gəncə Regional Şöbəsi (DANX) həm sərnişindaşımya cəlb edilmiş avtobuslara həm də taksi fəaliyyəti göstərən sürücülərə qanunla “fərqlənmə nişanı” verməlidir.Niyazi Bayramovun təyin etdiyi yeni rəis DANX-ın Gəncə regional şöbəsi ilə əlbir olaraq dövlət büdcəsinə ödənilməli olan yüz minlərlə vəsaiti həzmraberdən keçirməklə büdcəyə daxilolmaları mənimsəyir.
Sərnişindaşıma marşrutlarında fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobuslarının dayanacaqlardan istifadəsinin təşkili eləcədə bütün marşurut xəttlərinə nəzarət etməli xətt nəzarətçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “balasına” çörək qazanan imkansız sürücülərə qənim kəsilib.Gəncədə demək olar ki, icra başçısı Niyazi Bayramovun zəifliyi ücbatından hər kəs vəzidəsindən yaralanaraq sadə vətəndaşları qazanc mənbəyinə çeviriblər.
Gəncə İHB yanında fəaliyyət göstərən Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yeni rəhbərliynin keçmiş sələfi Araz Rəfibəyli kimi taksi sürücülərini yenə aylıq haqqa otuzdurub.Guya bu pul yığma maxinasiyasından cənab Niyazi Bayramovun eləcə da hüquq mühavizə orqanlarının xəbəri yoxdur? Əlbəttəki,var.
Gəncədə taksi fəaliyyəti ilə məşğul olan srücülərə əvvəllər bu cür kustar üsulla hazırlanmış saxta “fərqlənmə nişanı” əməkdaşları vasitəsi ilə satdırılırdı.Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnirdi. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır.

Redaksiya olaraq inaırıq ki, vətəndaşın etmiş olduğu şikayətlə bağlı Gəncə şəhər icra hakimiyyətinin başçısı adıçəkilən şəxs və şəxslər barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş verəcəkdir.
Redakisya olaraq səsləndirilən iddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.
\


Geri qayıt