Əsas Səhifə > Sosial, Manşet > AMEA-da köhnə TENDER OYUNBAZLIĞI...

AMEA-da köhnə TENDER OYUNBAZLIĞI...


24-05-2022, 08:49
AMEA-da köhnə TENDER OYUNBAZLIĞI...
DİA.AZ: - Milli Elmlər Akademiyasi Mərkəzi Nəbatat Bağı abadlaşdırma işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 99 879 manatlıq tenderin qalibi "Turbo Service" MMC olub.

Onu da qeyd edək ki, "Turbo Service" MMC bundan öncə Laçin Rayonu İcra Hakimiyyəti Başçisinin Qayği Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin qəsəbədaxili yolların işıqlandırılması ilə bağlı mal, iş və xidmətlərin satın alınması üzrə 48 240 manatlıq tenderini qazanıb.

Amma dia-az.life olaraq burada diqqətimizi çəkən bir başqa məqamdır. Söhbət "Turbo Service" MMC-nin AMEA-nın tenderinin qalibi olmasından gedir. Qeyd edək ki, buna qədər də sözügedən şirkət AMEA ilə "mehriban münasibətləri" səbəbindən yerli KİV-in diqqət mərkəzinə düşmüşdü. Görünəni odur ki, burada məsələ AMEA-ya rəhbərliyin kimin etməsi deyilmiş. Yəni iş Ramiz Mehdiyevlik deyilmiş. Ondan sonra da AMEA yenə də əvvəlki tender partnyorları ilə işini davam etdirir ki, bu da müəyyən şübhələrə yol açır.

Qeyd edək ki, "Turbo Service" MMC-yə qədər AMEA ilə tender ortaqlığında “KARPET-D” MMC-nin adına daha çox rast gəlinirdi. dia-az.life-ın araşdırmalarından aydın olur ki, əslində hər iki şirkət eyni adama məxsusdur və həmin adamın şirkətləri təkcə adları çəkilənlər deyil.

Qeyd edək ki, “KARPET-D” MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Zalov Xəqani Çingiz oğludur.

Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamə kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanuni təmsilçi olduğu daha 4 şirkət də qeydiyyatdan keçib. Bunlar “GOLDEN LUKS” MMC, “KURYER TƏCHİZAT” MMC, “VESPA TƏCHİZAT” MMC və “TURBO SERVİCE” MMC adlı şirkətlərdir.

Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarında məlumat yoxdur. Bu şirkətlərin adı ancaq dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində keçir. Zalov Xəqani Çingiz oğlunun direktoru olduğu bu MMC-lər aşağıdakı tenderlərin qalibi olub:

AMEA-da köhnə TENDER OYUNBAZLIĞI...
AMEA-da köhnə TENDER OYUNBAZLIĞI...

Hər halda bu faktların özü belə gərəkən qurumların diqqətini cəlb edə bilməsi üçün yetərli hesab oluna bilər. Ən azından araşdırmaya götürülməsi baxımından...

Faktla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt