Əsas Səhifə > Sosial, Manşet > Vətəndaşlar dələduz şirkətlərin əlində əsir-yesir qalıblar...
Vətəndaşlar dələduz şirkətlərin əlində əsir-yesir qalıblar...28-06-2022, 09:15 |
DİA.AZ: - "17 iyun taixində "Music Gallery"nin Azadlıq filialından Lenovo markalı kompüter aldıq. İçində işlətmə proqramı yox idi, yüklətdirmək lazım imiş... Əvvəldən oradan kompüter almışdım deyə, güvəndim və məsləhət etdikləri kompüteri aldım və işlətmə proqramını üzbəüzdə yerləşən "Akses store" deyilən yerdə yüklətdim". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Xeyrənsə Süleymanlı adlı istifadəçi giley edir. Daha sonra narazəı vətəndaş yazır: "Evə gətirdik, gördük kompüter defektdi.. İnternetə girəndə videosu gedib səsi çıxan videolar kimi başladı işləməyə... Apardıq mağazaya bizə servis mərkızinin yerini səhv dedilər, üstəgəl də dedilər ki jest edirik, dəyişək başqa kompüter verək... İstəmədik, dedik qaytaraq. Ünvanı səhv dedilər və mən internetdən servis mərkəzinin nömrəsini tapıb 28 May ərazisindəki "Optimal"a getdik. Yəni ki son sürət o pulu qaytarmaması üçün işçi rəsmən qaynanalıq edirdi orda... Nəysə gətirdik servis mərkəzinə, bizdən aldılar çeki və malı da... Bu dəfə bu mal getdi diaqnoza "xəstəliyinə" diaqnoz qoyulacaq, nəticəyə uyğun pulum veriləcəkmiş. MƏHSUL SADƏCƏ 2 GÜN məndə olub 6 və bazara düşdü deyə 1. gun apardıq, əlimizə salfetka verdilər ki gözləyin cavab gəlsin. Mən anlamadım ki 14 gün içində mən təzə məhsulu qaytarıb pulu ala bilərəm. Dəfələrlə əlaqə saxladım... Gah deyirlər sizinlə əlaqə saxlanılacaq, gah da "sizə zəng olunacaq" deyirlər. "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti"nə müraciət edirəm, bu şikayətim nəzarətə götürülsün mümkünsə... Deikləri dərəcədə realdır və qanunlara uyğundur? 14 günü tamamlayıb sonra başlayacaqlar dəyişdirin day vaxt keçib deməyə? Üstəlik çekimi də əlimdən alıblar, zəmanət talonuna tikilmişdi. Bu növ dəllallıqlardan xəbərdarsınız? Üstümə atırlarki diaqnostika nəticəsinə görə qərar veriləcəkmiş... Sanki bunlara borcum var. 1300 manatı qaytarmamaqçün başımı aldadırlar. Kim belə halla üzləşib? Pulumu almaq üçün nə edim?" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |