Əsas Səhifə > Sosial, Manşet > Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR
Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR6-07-2022, 13:42 |
Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən çıxarılaraq həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı deyilir. Buna səbəb ötən həftə Sabirabad rayon İcra Hakimiyyətinin Şöbə müdiri-baş memar Qasımov Müşviq Vidadi oğlunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilməsdir. Civilazerbaijan.com Baş Prokurorluğun yaydığı məlumata istinadla xəbər verir ki, baş memar Müşfiq Qasımov haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Müşviq Qasımovun FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Əhəmiyyətli Obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi Quliyev Eldar Musa oğlu və digər şəxslərlə qabaqcadan əlbir olaraq Sabirabad rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektində tikinti işlərinin aparılmasına icazə verilməsi, bunun üçün zəruri olan memar rəyi və digər aktların verilməsinə köməklik göstərilməsi üçün onlara müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış kifayət qədər sübutlar əsasında Müşviq Qasımov və Eldar Quliyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib. Məlumata görə baş memar Müşfiq Qasımovun həbsi Sabirabad icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovu çox çətin vəziyyətə salıb. Hətta növbəti həbs ediləcək şəxslərin başçı ilə birinci müavin olacağı ilə bağlı artıq rayonda söhbətlər yayılmağa başlayıb. Civilazerbaijan.com-a daxil olan məlumatda bildirilir ki, Sabirabadda qanunsuz tikintilərə “nəzarəti”, “icazə”ni icra başçısının birinci müavini Həsən Həsənov həyata keçirdirdi. Tikintiyə “icazə” verilməsi üçün alınan rüşvət birinci müavin vasitəsi ilə icra başçısı Siraqəddin Cabbarova çatdırılırdı. Son iki ildə təkcə Sabirabad şəhərində 100-ə yaxın qanunsuz obyekt tikilib. “İcazə” qiymətinin isə 5 min manatla 15 min manat arasında olduğu bildirilir. Bu isə o deməkdir ki, Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənov obyektlərin tikintisinə verilən “icazə”dən yarım milyondan artıq qazanc əldə ediblər. Sabirabad icra başçısının həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı başqa bir məsələ isə Siraqəddin Cabbarovla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin yekunlaşmaq üzrə olmasıdır. Siraqəddin Cabbarova Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılmasının səbəbi isə onun Saatlı rayonunda icra başçısı işlədiyi dövrdə bir çox sahibkarlardan, iş adamlarından və idarə müəsissə rəhbərlərindən müxtəlif yollarla rüşvət alması ilə bağlıdır. Civilazerbaijan.com-un əldə etdiyi məlumata görə açılan cinayət işində əsas şahidlərdən biri vaxtı ilə Saatlı rayon icra hakimiyyətində Siraqəddin Cabbarovun birinci müavini işləmiş İlham Quliyevdir. Cinayət işinin istintaqı zamanı İlham Quliyevin sahikarlardan, iş adamlarından və idarə, müəsissə rəhərlərindən rüşvət yığdığını və alınan pulları icra başçısı Siraqəddin Cabbarova çatdırdığını etiraf etdiyi deyilir. Məhz sabiq birinci müavinin hər şeyi etiraf etməsi və Cabbarovun üzünə durması Sabirabad icra başçısın çıxılmaz vəziyyətə salıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Saatlı rayonunda idarə və müəsissə rəhərlərindən hər ay məcburi şəkildə yığılan rüşvət məsələsi ilə bağlı açılan cinayət işi artıq yekunlaşmaq üzrədi. Cinayət işində onlarla məmur, sahibkar və iş adamından Saatlı rayon rayon icra başçısının müavini işləmiş İlham Quliyevin davamlı olaraq rüşvət alması sübuta yetirilib. İstintaq zamanı hətta İlham Quliyevin Siraqəddin Cabbarovun üzünə durduğu da deyilir. Qeyd edək ki, Siraqəddin Cabbarovun hakimiyyətin yuxarı dairələrində əsas himayədarının Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev olduğu deyilir. Məlumata görə Siraqəddin Cabbarov düşdüyü ağır vəziyyətdən çıxmaq üçün himayədarı Zeynal Nağdəliyevdən kömək istəsədə Administrasiyasının şöbə müdiri ona mənfi cavab verib. Nağdəliyevin icra başçısına kömək etməməsinin səbəbi isə aparatdakı təzə komandanın, başda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Siraqəddin Cabbarova qarşı mənfi fikirdə olması ilə bağlı olduğu iddia edilir. Bildirək ki, Siraqəddin Cabbarov ölkədə imkanlı icra başçılarından biri kimi tanınır. Onun məhz rüşvət sayəsində İmişli, Saatlı rayonlarında və Bakı şəhərində çoxsaylı obyektlərinin, mənzillərinin olduğu deyilir. Buna misal olaraq bildirək ki, Siraqəddin Cabbarovun qızı Qızbəs Cabbarovanın adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində 9 sot torpaq səhəsində ümumi sahəsi 850 kvadrat metr olan Avtomobillərə texniki xidmət məntəqəsi var. Qızbəs Cabbarovanın adına sənədləşdirilən ərazinin və obyektin hazırkı bazar qiyməti 1 milyon manata yaxındır. Qeyd edək ki, Siraqəddin Cabbarov 2008-ci ildən 2019-cu ilə qədər Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. Prezidentin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. civilazerbaijan.com Geri qayıt |