Əsas Səhifə > Sosial, Manşet > Niyazi Bayramov bahalı kolleksiyanın GÜDAZINA GEDİR...

Niyazi Bayramov bahalı kolleksiyanın GÜDAZINA GEDİR...

2-09-2022, 08:54
Niyazi Bayramov bahalı kolleksiyanın GÜDAZINA GEDİR...
DİA.AZ: - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramova məxsus 2 milyon manatlıq avtomobil kolleksiyasının fotoları sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Qeyd edək ki, icra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib.

Atası 1280 manat məmur maaşı alan B.Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib?

DİA.AZ bildirir ki, təbii olaraq burada ilk ağlagələni də məhz icra başçısının korrupsiya ilə məşğul olması barədə şübhəklərdir. Doğrudur, bu məsələ ilə əlaqədar artıq qarşı tərəf müəyyən reaksiyanı verib, amma bu reaksiyanın özü belə hüquq-mühafizə orqanları üçün bir siqnal rolunu oynaya bilər ki, hərəkətə keçsinlər, Niyazi Bayramovun qollarını qandallasınlar.

DİA.AZ olaraq Gəncə RİH-in sözügedən fakta reaksiyası haqda bilgini təqdim edirik. Beləliklə, Gəncə Şəhər İcra Hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələdə qarşı tərəf nə Gəncə Şəhər İcra Hakimiyyəti, nə də Niyazi Bayramovdur.

“Adıçəkilən vətəndaşın özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır” – məlumatda qeyd olunub.

Hə, cənablar, Niyazi Bayramovun kantoru rolunu oynayan Gəncə RİH iddia edir ki, bunca sərvət gəncəcik bir cocuğun şəxsi qazancı hesabına ərsəyə gəlib, atasına aidiyyatı yoxdur. Tutalım, bu absurd izahata biz inandıq... bəs hüquq-mühafizə orqanları necə?

Onu da qeyd edək ki, bu kimi hallar dəfələrlə ortaya çıxıb. Məmur övladlarının bahalı həyat tərzi, valideynlərinin aldıqları əməkhaqqı ilə təzad təşkil edən var-dövlətləri haqda mediada çoxsaylı faktlar açıqlanıb. Hətta Prezident İlham Əliyev dəfələrlə harın məmur övladları haqda xəbərdarlıq etsə də, görünəni budur ki, heç nə dəyişməyib.

DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, artıq yuxarı instansiyalar "Gəncə Xanı" kimi ad çıxarmış Niyazi Bayramovun fəaliyyətinə nəzər salma yönündədir. Mənbənin söylədikləri: "Artıq belə bir müzakirə Prezident Administrasiyasında aparılıb. Yəqin ki, yaxınlarda nəticələrini görəcəyik".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Eyni zamanda Gəncə RİH tərəfindən başçı övladının şəxsi qazancı kimi təqdim olunan avtomobillərin bir qisminin fotolarını təkrar diqqətinizə təqdim edirik:

Geri qayıt