Əsas Səhifə > Sosial, Manşet > Bu Vüsal Kərimli özünə yığışana oxşamır...
Bu Vüsal Kərimli özünə yığışana oxşamır...19-09-2022, 09:43 |
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi tender maxinasiyalarının miqyasını və məbləğini genişləndirməkdədir. TİA. Az məlumat verir ki, bu dəfə qaraj tikintisi və yolların xətlənməsi üçün 25 milyon nəzərdə tutulub. Bu rəqəm isə kifayət qədər şişirdilmiş görünür və BNA sədri Vüsal Kərimli növbəti korrupsiyaya imza atmaqdadır. Təbii ki, qaraj və yol xətləri üçün 25 milyon çox böyük vəsaitdir. Deməli, ya yeyinti var, ya da məbləğ şişirdilib. Belə ki, yolların xətlənməsi (1-2), eləcə də “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub. Tenderlərin qalibləri müvafiq olaraq “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “Yol Xətt” və “Minera” MMC-lərdir. Qalib şirkətlərə müvafiq olaraq 1,558 milyon manat, 18,085 milyon manat və 5,677 milyon manat, ümumilikdə isə 25,32 milyon manat ödəniləcək. Ümumiyyətlə, BNA-nın tender əməliyyatları və maxinasiyaları çox sakit şəkildə həyata keçirilir. Halbuki qurum şəhərdə bu illər ərzində nə xətləməni başa çatdırıb, nə parkinqlər qurulub, nə dayanacaqlar yaradılıb. Bir sözlə, BNA “pakazuxalıq” edir. Geri qayıt |