Əsas Səhifə > Sosial, Manşet > Göyçay səhiyyəsi GÜL VURUR...
Göyçay səhiyyəsi GÜL VURUR...28-09-2022, 08:57 |
DİA.AZ: - "Göyçay Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Arzu Burcalıyev daha bir qanunsuzluğa imza ataraq polikilinika şöbəsinin tabeliyində “SS-Butik” geyim mağazası açaraq həmin obyekti xadimə vəzifəsindən qeydiyyat bölməsinin müdiri vəzifəsinə təyin etdirdiyi Səidə xanıma həvalə edib". Bu barədə DİA.AZ-a Göyçaydan göndərilən məlumatda deyilir. Məlumat müəllifi daha sonra yazır: "Belə ki, Arzu Burcalıyev rəhbərlik etdiyi Polikilinikaya bitişik olan,dövlət torpağnı qanunsuz olaraq zəbt etmiş,yanğın təhlükəsizliyi qaydalarına və rayonun memarlıq üslubunun pozulmasına,eləcə də insanların və avtomobillərin normal hərəkətinə maneə olan yerdə və göstərilən qaydalara riayət etmədən sözü gedən obyekti inşa etdirmişdir. Bu həmin Arzu Burcalıyevdir ki,rayonda hərbi xidmətdən ruhi əsəb xəstəsi kimi yayınanlara, eləcə də gözdən əlillərə sağlamlıq sənədi satmaqla məşhurlaşıb.Eyni zamanda Arzu Burcalıyev özünün həyat yoldaşını sənəd üzərində ankoloji xəstə edərək 10 ildən artıqdır ki, ikinci qrup əlillik dərəcəsi təyin etdirərək dövlət büdcəsindən oğurluq edir.Həmin “SS-Butik” geyim evinin işıq xətti Polikilinikadan götürülmüş, işıq pulunu da dövlətə ödətdirmişdir. Polikilinikanın baş həkimi Arzu Burcaliyevin bu əməllərinin araşdırlaraq ciddi tədbirlər görülməsinə zərurət var". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |