Əsas Səhifə > Sosial, Manşet > Rusiyadan gələn axın Bakıdakı dələduzları HƏRƏKƏTƏ KEÇİRİB...
Rusiyadan gələn axın Bakıdakı dələduzları HƏRƏKƏTƏ KEÇİRİB...5-10-2022, 10:15 |
DİA.AZ: - Rusiyadan elan olunan səfərbərliklə bağlı bütün qonşu ölkələrə olduğu kimi Azərbaycana da axın müşahidə olunmaqdadır. Bu isə öz növbəsində ölkəmizdə, xüsusən də paytaxt Bakıdakı həm satılıq, həm də kirayə evlərin qiymətlərinin xüsusi olaraq qalxması ilə müşaiyət olunmaqdadır. DİA.AZ bildirir ki, buna paralel olaraq dələduzlar da ev bazarında fəallaşıb və dələduzluq faktının qurbanı olan bir vətəndaş şikayətini təqdim edir, digər vətəndaşlarımızı ayıq olmağa çağırırıq... Lalə Əliyeva adlı istifadəçi "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır: "Bir həftə öncə kirayə ev axtarırdıq... Qonaq qəlirdi Rusiyadan. İş yoldaşlarım məsləhət görüblər tap.az saytında baxım və ordan tapıblar bir elan. Rövşən adında adam ev təklif etdi amma dedi öncədən beh göndərmək lazımdır mən dedim evi görmədən və onu özünü görmədən necə beh vermək olar? dedi istəyən çoxdu behsiz başkasına verər. Podruqam dedi şəxsiyyət vəsiqəsini göndərsin o adam birinci göndərmək istəmədi sonra razılaşdı və göndərdi biz beh atdıq karta və,o gündən sonra telefonu söndürdü və cavab vermir. Tap azda bir necədə elan var ayrı nömrələr qeyd olunub və hammıda qeyd olunub ancaq watsapla əlaqə saxlasınıar. Adamın şəxsiyyət vəsiqəsi yazışması var bizdə. 3 gundur mesaj catmir ona telefonu acmir.Ne etmək olar? Polis baxacaq bu işə? Beh böyük məbləq deyil: 20 manat..." Şikayətçi aşağıdakı fotoları təqdim edərək, bu elanlara aldanmamağı məsləhət görür: Məsələ diqqətimizdədir, məsələ ilə əlaqədar bütün maraqlı şəxsləri dinləməyə hazırıq... Geri qayıt |