Əsas Səhifə > Sosial, Manşet > "Bravo"dan mal alarkən DİQQƏTLİ OLUN...

"Bravo"dan mal alarkən DİQQƏTLİ OLUN...


18-10-2022, 09:15
"Bravo"dan mal alarkən DİQQƏTLİ OLUN...
DİA.AZ: - "Şikayətim metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən "Bravo"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Coşqun Məlikov adlı istifadəçi giley edir.

"Bravo"dan mal alarkən DİQQƏTLİ OLUN...

Daha sonra narazı vətəndaş yazır: "Qiymətləri vitrinə səhv vurublar. Belə olduqda müştərinin vaxtı da gedir, pulu da. Müştəri çox şey aldıqda Qiymətə axırda diqqət etmir, amma bir-iki şey aldıqda artıq vitrindəki qiymətlə kassada çıxan qiymətin fərqini görür. Bəyaq bir paket çay aldım vitrində 1.79 azn yazılmışdı kassaya gətirdikdə isə 2.75 azn qiyməti çıxdı. Şikayət etdikdə isə deyirlər o endirimdə olan qiymətidir , vaxtı bitib. Vaxtı bitibsə vitrində niyə saxlayırsınız? Dostlar, əgər marketdən çox şey alırsınızsa, axırda çekə baxın. Fərq olduğu halda şikayətçi olun ki, belə şeylər başımıza gəlməsin..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt