Əsas Səhifə > Sosial, Manşet > 22 illik deputatın topdağıtmaz sərvəti...
22 illik deputatın topdağıtmaz sərvəti...10-11-2022, 08:47 |
22 ildir Qax rayonunun deputatı olan Azər Kərimlinin sahib olduğu mülklər, evlər və şirkətlərinin bir hissəsinin siyahısı yayılıb. DİA.AZ 32gun.az-a istinadla həmin siyahını təqdim edir: ▪️ Binəqədi rayonu, C. Xəndan küç. ev 32B ünvanında şəxsi mənzili ▪️ Qax şəhəri, “Nikolay körpüsü” yaxınlığında, çay kənarında inşa edilən 1 milyonluq mebel fabriki ▪️ Xırdalan şəhərində mebel sexləri ▪️ Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” nın yanında 1 malikanə ▪️ İsveçrə, İtaliya, Ukrayna və Çexiyada müxtəlif şirkət və biznesləri ŞİRKƏTLƏR: ▪️ “Lotos Co Ltd” MMC şirkəti ▪️ “Qamma Ltd” MMC şirkəti ▪️ “KONTUR-L” MMC şirkəti ▪️ “KROVN KO LTD” MMC şirkəti ▪️ “KON KO LTD” MMC şirkəti ▪️ “LİTER A KO LTD” MMC şirkəti ▪️ “LANDOR” MMC şirkəti ▪️ “TURİNA” MMC şirkəti ▪️ “GEB SOLEMİO AKTİENGESELLSCHAFT” Azərbaycan və İsveçrə şirkəti ▪️ “İLKİN-SERVİS” MMC şirkəti Millətvəkili Azər Kərimli mətbuatda daha çox Qaxdakı ağac qətliamı ilə də məşhurdur. İddiaya görə, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmendir. Mətbuatda gedən məlumatlara görə, Qaxda ağac biznesinin önündə gedən əsas fiqurlardan biri 19 ilin passiv deputatı kimi tanınan Azər Kərimov və onun rayon mərkəzində biznes işlərində yaxından köməklik göstərən Qax rayon sakini, biznesmen Nəzirov Elşən Nemət oğludur. İddiaya görə, A.Kərimli məhz qiymətli ağacları İtaliyay daşımaqda xüsusi canfəşanlıq göstərir. Axı İtalıyada qiymətli ağaclardan mebel sənayesində istifadə olunur. Məlumatlarda həmçinin bildirilir ki, yaxın dostu Elşən Nəzərovu da bu işə cəlb edərək rayondakı qoz və palıd ağaclarının ilkin emalı üçün özünəməxsus böyük sexdə emal işlərilə məşğul etmişdir. Belə ki, Qax şəhərinin Şərq istiqamətindən dəmir "Nikolay körpüsü”nü keçib 150 metr şimal istiqamətnə getdikdən sonra çay kənarında inşa edilən böyük mebel fabriki mövcuddur. İnşaası 1 milyon manata başa gələn nəhəng fabrik strateji bir obyekt kimi hər tərəfdən müşahidə kameraları və ciddi rejimli mühafizə dəstəsinin nəzarəti altında qorunur. Fabrikin sahibi E.Nəzərəov deputatla sövdələşdiyi kimi əldə etdiyi ağac materiallarını yarımfabrikat halına salaraq birbaşa Xırdalan şəhərində yerləşən və deputat A.Kərimliyə məxsus mebel sexlərinə gətirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu sexlərdə qoz və şabalıd ağacları yüksək texnoloji üsullarla emal edilərək standart formada hazırlanmış detallar mebel istehsalı üçün birbaşa İtaliyaya göndərilir. Həmçinin qeyd edilir ki, Azər Kərinmli və Elşən Nəzərov birliyi Qax rayonunu işğal edərək meşələrinin axırına çıxmaq üzrədirlər. Və çox təəssüflər olsun ki, 22 ildir "ağac killer”ləri olan bu milyonerlərə DUR deyən hələki yoxdur. Deputat Azər Kərimlinin da mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |