Əsas Səhifə > Sosial, Manşet > Kərəm Mustafayev milləti RƏSMƏN BARMAĞINA DOLAYIB...

Kərəm Mustafayev milləti RƏSMƏN BARMAĞINA DOLAYIB...


4-01-2023, 10:48
Kərəm Mustafayev milləti RƏSMƏN BARMAĞINA DOLAYIB...
Naxçıvandakı hərbi hissələrin zabit və gizirləri uzun illərdir ki, qara rəngli çantalarla işə gedib-gəlməyə məcbur edilir. Naxçıvan Əlahiddə Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin şəxsi təşəbbüsü və istəyi ilə tətbiq edilən bu qaydanı pozanlar ciddi cəzalandırılırlar. Naxçıvan şəhərindəki hərbi hissələrin birində gizir olaraq çalışmış, Şahbuz rayon sakini Əfsun Qəhrəmanov da bu qaydaları pozmaqda ittiham edilərək, cəzalandırıldığını deyir. Cəza olaraq, ona hərbi hissənin hamamını öz hesabına təmir etdirmək tapşırılır. O isə, həm bu, həm də hərbi hissədəki digər pozuntularla bağlı Naxçıvanın hərbi prokurorluğuna müraciət edir. Bundan xəbər tutan hərbi hissə rəhbərliyi onu döyür, komandan Kərəm Mustafayev isə ən ağır maddə ilə (Maddə156, e) işdən azad edir. İşsiz qalan gizir, bu maddə səbəbindən, müraciət etdiyi bütün işlərdən rədd cavabı aldığını deyir.

Daha ətraflı videoda:

https://www.facebook.com/100075606355785/videos/841184186991948

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt