Əsas Səhifə > Sosial, Manşet > "Azneft" rəhbərliyindən hesab soruşan olacaqmı?

"Azneft" rəhbərliyindən hesab soruşan olacaqmı?


18-01-2023, 10:25
"Azneft" rəhbərliyindən hesab soruşan olacaqmı?
DİA.AZ: - "İşçidən qənaət etdiyi pula kalorili isti yeməklə təmin olunub, 12 saat işləyən işçiyə gündəlik 3 (üç) manat yeməkpulu verən cənablaradır sözümüz. Bəs biz necə yaşayaq bu pulla?" DİA.AZ olaraq dünən Neft Daşlarında çalışan neftçilərin bu suallarını təqdim etmişdik. Neftçilər yazırdı:

"2010 cu ildən bu günə kimi 3 manatdır yemək pulu. Onda ətin kilosu 7 manat, çörək 0.30 qəpik idi.indi özünüz düşünün yemək pulu nə qədər olmalıdır?

12 saat buruq yanında olan işçi 3 manata yavan çörəkmi alsın? Heç olmasa yanına kolbasa da əlavə edin!

3 manat! Bir dönər düşür bu pula. O da mədən ərazisində yox. Bəlkə mədən ərazisində dönərxana açıb 3 manatımızı da o dönərxanaya köçürdəsiniz?

***

✅SOCAR 2021-ci il üzrə İllik Hesabatdan:
SOCAR-ın Baş ofisinin yerləşdiyi inzibati inada çalışan 700 nəfərə yaxın işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə təmin olunmuş, isti yeməklə təmin olunmayan sahələrdə çalışan işçilərin gündəlik yemək xərci Nazirlər Kabinetinin müvafiq qərarına
və SOCAR-ın əmr-qərarına uyğun olaraq ödənilmişdir.
Hesabatda qeyd olunan SOCAR əmr-qərarına əsasən quruda çalışan işçilərə verilən gündəlik çörək pulu(yəni şirkətin qeyd etdiyi kimi isti yeməklə təmin olunmayan işçilər üçün) 3 (üç ) manatdır!

***

İndi di gəl bu pulla dolan..."

***

"Azneft" rəhbərliyindən hesab soruşan olacaqmı?

DİA.AZ bildirir ki, insan hüquqları müdafiəçisi Mirvari Qərhəmanlı SOCAR-ın illik hesabatında işçilərin gündəlik yemək xərcləri ilə bağlı əks olunmuş faktı araşdırıb.
Onun sözlərinə görə, hesabatda SOCAR-ın Baş ofisinin yerləşdiyi inzibati inada çalışan 700 nəfərə yaxın işçi gündəlik keyfiyyətli və yüksək kalorili isti yeməklə təmin olunması, isti yeməklə təmin olunmayan sahələrdə çalışan işçilərin gündəlik yemək xərci Nazirlər Kabinetinin müvafiq qərarına
və SOCAR-ın əmr-qərarına uyğun olaraq ödənilməsi barədə məlumat yazılıb.
Hüquq müdafiəçisi bildirib ki, hesabatda qeyd olunan SOCAR əmr-qərarına əsasən quruda çalışan işçilərə verilən gündəlik çörək pulu(yəni şirkətin qeyd etdiyi kimi isti yeməklə təmin olunmayan işçilər üçün) 3 (üç ) manat təşkil edir. 2010 cu ildən bu günə kimi yemək pulu 3 manatdır. Onda ətin kilosu 7 manat, çörək 0.30 qəpik idi. İndi özünüz düşünün yemək pulu nə qədər olmalıdır”.
Hüquq müdafiəçisi deyir ki, 12 saat buruq yanında olan işçi 3 manatla qidalana bilməz.

***

DİA.AZ bir daha xatırladır ki, məsələ diqqətimizdədir...

Geri qayıt