Əsas Səhifə > Sosial, Manşet > Elşad Həsənova kimsə söz deyə bilmir?
Elşad Həsənova kimsə söz deyə bilmir?9-02-2023, 10:47 |
DİA.AZ: - Keçən günlərdə paytaxtın Yasamal rayonunda yaşıllıq sahəsinin tikintiyə qurban verilməsi xəbərini paylaaşdıq və bu iddia ilə bağlı videomaterialı da DİA.AZ olaraq təqdim etdik. Məlumatda deyilirdi ki, rayon icra başçısı Elşad Həsənovun “xeyir-duası” ilə ağaclar kəsilərək yerində tikinti aparılır. Bu qanunsuzluq “Qəbələ Residence” yaşayış massivinin sol tərəfində qeydə alınıb. Bu ərazi Şərifzadə 144 ünvanıdır və Yasamalın icra başçısı yaşıllıqların məhv edilməsinə şərait yaradıb. Müşahidələrə görə, ağaclar qırılıb, yerində tikinti gedir. Bununla bağlı heç bir araşdırma aparılmır. Halbuki şəhərdə kimsə bir ağacın budağını belə kəsəndə başının üstünü kəsdirib cərimələyirlər, amma Yasamalda onlarla ağac kəsilir, İH göz yumur. Son faktlardan da aydın olur ki, Yasamal RİH başçısının şəxsi xeyir-duası ilə həyata keçirilən inşaat işlərinə heç bir dövlət qurumundan hansısa reaksiya verilməyib. Nə yaşıllıqlardan sorumlu olan ETSN, nə də tikintilərin məsuliyyət yükünü daşıyan FHN hərəkətə keçməyib ki, bu da ortaya ciddi məqamları çıxarır. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Yasamal RİH başçısı Elşad Həsənov yetərincə güclü olduğunu nümayiş etdirir: "Buna bir neçə dəfə də şahidlik etmişik. İndi söz nazirlərindir. Sübut etsinlər ki, Elşad müəllim ərköyünlük etmir..." Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |