Əsas Səhifə > Sosial, Manşet > Asif Ağayevin də durumu ÜRƏKAÇAN DEYİL...
Asif Ağayevin də durumu ÜRƏKAÇAN DEYİL...14-02-2023, 09:25 |
DİA.AZ: - Dünən məlum oldu ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar edib. DİA.AZ bildirir ki, bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq. Bu arada DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Beyləqanın icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib. Hökumətdəki mənbə iddia edir ki, artıq sözügedən RİH-dən Maliyyə Nazirliyinə təqdim olunan hesabat sənədlərinin əksəriyyəti ekspertizaya verilib. Mənbə iddia edir ki, bu addım da konkret şikayətlərin nəticəsində atılıb. "Nələr ola bilər? Bunu zaman göstərəcək" deyən mənbə iddia edir ki, Asif Ağayevin adı korrupsiyada yetərincə hallandığından onun özünə qarşı konkret ittihamların səslənməsi də gözləniləndir. Əlavə bilgilərimiz olacaq. İddia olunanlaarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |