Əsas Səhifə > Sosial, Manşet > Vətəndaş `Baku Electronics`lə bağlı nazirliyi HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI

Vətəndaş `Baku Electronics`lə bağlı nazirliyi HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI


18-02-2023, 10:50
Vətəndaş `Baku Electronics`lə bağlı nazirliyi HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI
DİA.AZ: - "Mən keçən ilin sentyabr ayında `Baku Electronics`dən qızıl zəmanətlə telefon kreditə götürmüşəm. Dəyəri 1000 manatdan artıqdır. Aylıq ödənişi 61 manatdır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciət müəllifi A.Əliyev adlı Bakı sakini bildirir ki, telefonu aldığı müddətin elə ilk aylarındaca problemlə üzləşib: "2-ci, 3-cü aylardan aydın oldu ki, telefon problemlidir, donmalar var və zavid deffektlidir. Bununla bağlı aidiyyatı üzrə şikayətlər etsəm də, dinləyən yoxdur.

Bu bir yana... Haqsız olmalarına rəğmən, sözügedən şirkətin problemli kreditlər şöbəsindən aşkar şəkildə hədələnirəm.

Dəfələrlə mən onlara bildirmişəm ki, ya telefonun yenisii verin, ya da pulumu geri verin... Onlar isə QIZIL ZƏMANƏT olmasına baxmayaraq mənim fərdi qaydada servisə müraciət etməli olduğumu bildirirlər.

Bildirim ki, bundan əvvəl də `Baku Electronics`dən telefon almışam, amma etiraz etməmişəm. Gərək, mən elə əvvəlindən bu şirkətlə layiq olduğu dildə davranaydım.

Məni hal-hazırda narahat edirlər. Mən narazı olduğum halda, mənim özümü ittiham etməklə yanaşı, açıq şəkildə təhdid də edirlər ki, bununla bağlı gərəkən qurumların, müştəri hüquqlarının müdafiəsi boynunun borcu olan İqtisadiyyat Nazirliyinin müvafiq idarələrinin hərəkətə keçməsini xahiş edirəm. `Baku Electronics` rəsmən həddini aşıb..."

Məsələ diqqətimizdədir. `Baku Electronics`in də olaya reaksiyasını öyrənməyə çalışacağıq.

Geri qayıt