Əsas Səhifə > Sosial, Manşet > İşçinin az qala nəfəsini kəsirlər... Həmkarlar İttifaqı ancaq PUL YIĞIR!
İşçinin az qala nəfəsini kəsirlər... Həmkarlar İttifaqı ancaq PUL YIĞIR!20-03-2023, 11:27 |
DİA.AZ: - Keçən həftə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsində yaşanılan neqativ olaylar, bir işçinin qanunsuz olaraq qovulması və bu səbəbdən də sözügedən idarənin əməkdaşları tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevə ünvanlanan müraciətin absurd formada cavablandırılması, daha dəqiqi, R.Əliyevin haqqı tapdanana yox, haqqı tapdayana sahib çıxması bir daha əsas yaratdı ki, ölkədə BÖYÜK RƏİSLƏRİN ədalətsiz mövqedə dayanması faktı müzakirəyə çıxarılsın. DİA.AZ bildirir ki, sözügedən məsələ ilə bağlı geniş ictimai müzakirə açılıb və sosial şəbəkə istifadəçilərinin əksəriyyəti "Azəriqaz" rəhbərliyinə etirazlarını nümayiş etdiriblər. Elə bu olayla bağlı mövqe bildirən dia-az.life saytının baş redaktoru Məhəmməd Ərsoy də işçilərinin haqqının pozulmasında böyük rəislərin yanlış qərarlarının rol oynadığını qeyd edib: "Mən başa düşmürəm... Bu böyük rəislər sıravi işçiləri müdafiə etsələr, dünya dağılar? Niyə axı Ruslan Əliyev kimi böyük rəislər kiçik rəisləri müdafiə etmək məcburiyyətindədirlər? Niyə işçilərini müdafiə etmirlər? Bilmirlərmi ki, bununla da daha böyük ictimai qınağın və qəzəbin hədəfi olurlar?.." Qeyd edək ki, bu məsələyə tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı orijinal formada reaksiya verərək izahatını açıqlayıb. Yəni əslində problemin yaranma səbəblərindən birini nişan verib. M.Qəhrəmanlı qeyd edib: "Böyük rəislər həmişə kiçik rəisləri müdafiə edir və edəcək də! Bunu mənim uzun müddətli təcrübəm deyir,. İşçini müdafiə etməli olan Həmkarlar Təşkilatı var... Ölü bir təşkilatdır! Hansı ki hər ay işçinin əmək haqqının 1%-ni götürür. İşçinin bu təşkilata qəbul olunması və onun əmək haqqının 1%-ni HT-na köçürülməsi haqda yazılı ərizəsi olmadan!.." Məsələ diqqətimizdədir. Bütün aidiyyatı qurum və şəxsləri dia-az.life olaraq dinləməyə hazırıq... Geri qayıt |