Əsas Səhifə > Sosial, Manşet > `Kapital Bank` vətəndaşın son qəpiyinə TAMAH SALIB...

`Kapital Bank` vətəndaşın son qəpiyinə TAMAH SALIB...


24-03-2023, 09:28
`Kapital Bank` vətəndaşın son qəpiyinə TAMAH SALIB...
DİA.AZ: - Artıq "Kapital Bank"dan şikayətlər elə bir saya çatıb ki, bu bankla bağlı Mərkəzi Bankın hansısa formada qərar verməsi zərurəti yaranır. Çünki məsələ bu qədər ciddidir. DİA.AZ-ın xəbərinə görə, barəsində günü-gündən şikayətlərin artmasına rəğmən məhz dövlətin himayəsi sayəsində "Kapital Bank" günü gündən fəaliyyətini genişləndirməkdədir. Normalda isə bu kimi banklar qısnanmalı idi...

Biz isə dia-az.life olaraq "Kapital Bank"dan növbəti şikayəti təqdim edirik. "Hüquqşünaslar" qrupunda yazan Nərmin Əsədli adlı istifadəçinin başına gələnləri oxduduqda vətəndaş çarəsizliyinin şahidi olursan.

DİA.AZ olaraq narazı vətəndaşın yazdıqlarını olduğu kimi, hərif səhvlərini belə düzəltmədən təqdim edirik (hər halda şikayətin mahiyyəti anlaşılır -dia-az.life). Beləliklə N.Əsədli hüquqşünaslara xitabən yazır:

`Kapital Bank` vətəndaşın son qəpiyinə TAMAH SALIB...

"Menim yoldawim birkartdan 1900 azn pul xercleyib. Ve uzerine 500 man faiz gelib. Nece aydi odeye bilmir. Mene kapital emekdawi zeng edib dediki iw gedir mehkemeye, ustunede neqeder mehkeme xercleri gelecek ve eger 1900 tam baglansa o zaman faizler silinecek. Yada faizler qalir 1900 man esas borc ve 500 man faiz, ve biz boluruk o meblegi 4 ile her ay 50 man odeyirsiz. Mende birinci teklifi secdim ve ailem oz anam atam yigdigi emeliyyat pulumu goturub yoldawima demeden borcunu odedim, bank emekdawi dedi miliondan odeyin bawa saldi mene. Daha sonra bank emekdawi yoxa cixdi, sonrada dediki alinmadi faizler silinmir ve men odediyim 1900 azn esas borcada hec hamsi cixmadic faize cixdi ve esas borcda 500 man borc gorsetdi, indide onun ustune faiz gelir. Men odediyim meblegi necese geri ala bilerem ? Son pulumuda vermiwem banka ve qalmiwam indi pulsuz. Bank emekdawida hele deyirki qalan 500 manati ayliga bolekde. Daha bawa duwmurki ders geden 1900 emeliyyat puludur. Bununla bagli kapitala muraciyet etsemde heresi bir soz deyir. Diger wehsin kreditini mene odetdiribler sehv melumat vererek, men pulumu geri ala bilerem ? Ve bu gunde bir emekdaw zeng edib deyirki gerek odemezdiz mehkemeye gederdi onda faizler siline bilerdi. Heresi bir soz deyir".

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt