Əsas Səhifə > Sosial, Manşet > `Azneft` rəhbərliyi hələ də özünə gəlmir: HƏR DƏFƏ EYNİ PROBLEM...

`Azneft` rəhbərliyi hələ də özünə gəlmir: HƏR DƏFƏ EYNİ PROBLEM...


25-03-2023, 09:26
`Azneft` rəhbərliyi hələ də özünə gəlmir: HƏR DƏFƏ EYNİ PROBLEM...
DİA.AZ: - "Həlli tapılmayan, yaxud düyünə salınmış problem? Bilərəkdən, yaxud istiqamətləndirilmiş siyasət? "Azneft" İB Baş direktorun sosial məsələlər üzrə müavini cənab İkram Qurbanov, sahə üzrə məsul cənab İgidəli İsgəndərov üç gün əvvəl bilmirdiniz ki, hava dumanlı olacaq? İşçiləri xəbərdar edə bilmirdiniz ki?" DİA.AZ bildirir ki, bu etirazla Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

Eyni problemin dəfələrlə yaşadığını bildirən M.Qəhrəmanlı ona müraciət edən neftçilərə istinadən bildirir:

"Yenə 28 May NQÇİ platformalarına yola salınacaq 200-dən yuxarı işçi 3 gündü ki Pirallahı helikopter meydançasına gəlir, geri qaytarılır.

6 platforma ve Dalğic xidmətinin işçiləri. Hava dumandı deyə vertalyot yoxdur.

Gəmi ilə də növbə dəyişmirlər... Deyirlər gəmi yanalma meydançası gəmi bortundan yuxarıdır.

Dünən dedilər ki, rayondan gələnləri gəmi ilə Çilov adasına aparılacaq. Sonra fikirlərini dəyişdilər ki, rayondan gələnlərin sayı azdır (neftçi üçün artıq xərc çəkilməsin), həm də adaya aparılsanız belə iş günləriniz yazılmayacaq..."

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt