Əsas Səhifə > Sosial, Manşet > `Kapital Bank`dan ƏCAİB ADDIM: Xərcləməni 2 qat hesablayır...

`Kapital Bank`dan ƏCAİB ADDIM: Xərcləməni 2 qat hesablayır...


29-03-2023, 09:35
`Kapital Bank`dan ƏCAİB ADDIM: Xərcləməni 2 qat hesablayır...
DİA.AZ: - "Şikayətim "Kapital Bank"dandır. Bir çox xərcləməmin hesab çıxarışında 2 dəfə görünməsi ilə bağlı "call center" nömrələrinə müraciət etmişəm". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İlkin Cavadzadə adlı istifadəçi giley edir.

`Kapital Bank`dan ƏCAİB ADDIM: Xərcləməni 2 qat hesablayır...

Daha sonra narazı vətəndaş yazır: "Mənə sorğu nömrəsi açılıb və tərəfimə sms vasitəsilə problemin ekran görüntülərinin whatsapp vasitəsilə onlara göndərilməsi bildirilib. Məsələ də elə burada başlayır. Whatsapp nömrələri özünü küsüb telefonu söndürmüş sevgili kimi aparır, sonuncu dəfə online dünən axşam saat 20:11də olub, göndərilən heç bir mesaj isə çatmır qarşı tərəfə. Və əsas komediya da odur ki, bank tərəfindən az əvvəl sms gəlir ki, ekran görüntülərini göndərmədiyiniz üçün şikayətiniz bağlanır... Zəng edib vəziyyəti izah edirəm, yenə şikayət nömrəsi açılıb yenə də ekran görüntülərini göndərməyim istəndi və məni 10 dəqiqə ərzində sakitlikdən əsəb partlamasına qədər çıxarmağa nail olan call center əməkdaşına başa sala bilmədim ki, whatsappınız depressiyadadır, sevgilisi deyəsən başqa bankın müştərisi olub, bu da tripə girib whatsappı söndürüb. Bunu mən call center əməkdaşına izah elədim amma o başa düşmək istəmədi. Deyirəm ki, yenə eyni vəziyyətdir, gpndərirəm çatmır, yenə ləğv olacaq, deyur yəqin düz göndərmirsiniz...

Əziz Kapital Bank, ya düz əməlli işləyin, ya da bağlayın qapıları çıxın gedin bacardığınız işi görün".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt