Əsas Səhifə > Sosial, Manşet > Rauf Vəliyev “Sabit Orucov”u doğratdırır

Rauf Vəliyev “Sabit Orucov”u doğratdırır


10-04-2023, 13:01
Rauf Vəliyev “Sabit Orucov”u doğratdırır
“Xəzər Dəniz Gəmiçliyi (XDG) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rauf Vəliyevin göstərişi ilə istismara yararlı sərnişin və yük gəmiləri saxta rəylərlə istismara yararsız kimi sənədləşdirilərək, “metallom” kimi satılır”.

DİA.AZ bildirir ki, bu barədə XDG-da çalışan bir qrup şəxs Gununsesi.info-ya məlumat verib.

Rauf Vəliyev “Sabit Orucov”u doğratdırır

Mənbə bildirib ki, belə hallar QSC-də dəfələrlə baş verib.

“Sədrin göstərişi ilə hazırda doğranaraq satılacaq gəmilərdən biri də “Sabit Orucov” sərnişindaşıma gəmisidir. Artıq onu “istismara yararsız” kimi sənədləşdiriblər. Amma gəmini məhv etmək üçün heç bir ciddi səbəb yoxdur. Onun kiçik texniki problemləri var ki, onu da az vəsaitlə təmir etmək mümkündür. Ancaq Səhmdar Cəmiyyətin sədri Rauf Vəliyev gəmini satmaqda qərarlıdır. Fəaliyyəti gözdən uzaq olan Rauf Vəliyev üçün gəmi doğradıb satmaq ən həvəsli işdir”, – deyə mənbə vurğulayıb.

QSC əməkdaşları hesab edirlər ki, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması yetər ki, “Sabit Orucov” gəmisinin məhv edilməsi əməliyyatı ilə bağlı cinayət işi başlansın. “74 metr uzunluğu, 600-ə qədər sərnişin tutumu olan gəmi Xəzər Dəniz Gəmiçiliyinin ən böyük gəmilərindən biridir. Ümumiyyətlə istismar müddətinin başa çatması bəhanəsi ilə balansdan çıxarılaraq məhv edilən gəmilərin metallom kimi satışından əldə olunan gəlirin əhəmiyyətli hissəsi XDG rəhbərliyi tərəfindən mənimsənilir”.

Onu da qeyd edək ki, adıçəkilən gəmidə illərdir ki, çalışan işçilərin gələcək taleyi həyatın ümidinə buraxılıb.

Gununsesi.info-ya daxil olan bu faktla bağlı QSC ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Qurumun əlaqə telefonlarına dəfələrlə zəng etsək də dəstəyi qalıdran olmadı.

Geri qayıt