Əsas Səhifə > Sosial, Manşet > Gömrük Akademiyasında DƏLİ-DOLU QAYDALAR
Gömrük Akademiyasında DƏLİ-DOLU QAYDALAR22-04-2023, 15:53 |
Prezident İlham Əliyevin sərəncamına əsasən Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edildikdən sonra, vəziyyət demək olar ki, dramatikləşib. İddialara görə adıçəkilən şəxs Akademiyaya rəis təyin ediləndən bəri tələbələrin günü qaralıb. Adıçəkilən Ali Təhsil müəssisəsindəki mənbənin gundemxeber.az-a verdiyi məlumatda iddia olunur ki, yaxın günlərə təqaüdlər verilməsə, tələbələr rektorluğa qarşı üsyana qalxacaqlar. Verilən məlumatda o da qeyd olunur ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri artıq üç aydır təqaüd almaqdan məhrum ediliblər. Belə bir xoşagəlməz halın baş verməsi tələbələrin qəzəbinə səbəb olub. Tələbələr arasından verilən xəbərə görə təqaüdlərin verilməməsinə səbəb Akademiya rəhbərliyi tərəfindən banklara yatırım edib faiz götürmək niyyəti ola bilər. Hər halda baş verən bütün neqativ hallara görə rəisin məsuliyyəti az deyil və yuxarıda qeyd olunanlar onun rəhbərliyi altında həyata keçirilə bilər. Məsələ ilə bağlı Akademiyanın söz sahibi olan şəxslərinin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk. //gundemxeber.az// Geri qayıt |