Əsas Səhifə > Sosial, Manşet > “Əvvəllər Leninin qəbrinə and verib, şikayət edəndə dərhal şikayətə baxılırdı, indi isə…”
“Əvvəllər Leninin qəbrinə and verib, şikayət edəndə dərhal şikayətə baxılırdı, indi isə…”29-04-2023, 09:31 |
Lənkəran şəhəri, Təngivan kənd sakinlləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, 9 ildir polisin gözü qarşısında təbiət məhv edilir. “Biz, kənd sakinləri, 9 ildir davam edən bu özbaşınalığın sona çatmasını istəyirik. Əvvəllər Leninin qəbrinə and verib, şikayət edəndə dərhal şikayətimizə baxılırdı. İndi kimə kimdən and verək, şikayət edək, bilmirik. Çox təəssüf ki, orqanda işləyənlər bir-birilərinin ayağını tapdalamırlar. Karxana tərəfdə 9 ildir kəndin sərvəti və ekologiya məhv edilir. Hazırda polislər ekskavatoru müşaiyət edirlər ki, sakinlər onun qabığını kəsməsin. Və polisin gözü önündə təbiəti dağıda-dağıda gedirlər. Sizdən xahiş edirik ki, bizim bu problemi işıqlandırasınız”. Məsələ ilə bağlı 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əlaqə saxladıq. Operator xanım suallarımıza qulaq asdıqdan sonra dəstəyi yerə qoydu. Daha sonra onunıa əlaqə saxlaya bilmədik. VİDEO 1: https://www.facebook.com/hurriyyet.org/videos/1398309727633316 VİDEO 2: https://www.facebook.com/hurriyyet.org/videos/262868182843469 Geri qayıt |