Əsas Səhifə > Sosial, Manşet > "Muğan Bank" öz işçisinin də PULUNU VERMİR...
"Muğan Bank" öz işçisinin də PULUNU VERMİR...1-05-2023, 08:46 |
DİA.AZ: - "Şikayətim Muğanbank ASC-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nurlan adlı istifadəçi giley edir. Özünün bir müddət Muğanbank ASC-də çalışdığını qeyd edən narazı vətəndaş indi isə keçmiş rəhbərliyinin özbaşınalığı ilə üz-üzə qaldığını deyir. Sözügedən bankın narazılıq edən keçmiş işçisi daha sonra bildirir: "Muğanbank ASC-də bir il kredit mütəxəssisi kimi çalışdım, yanvar ayında müqaviləm bitdi... İşdən ayrıldım, sonuncu ayın bonus pulunu isə hesabıma vurmur baş idarə. Deyirlər ki "get, kimə istiyirsən, şikayət elə"... Deyesən, artıq "bankrot" olub bank... Kimə və hara müraciət edə bilərəm, necə edə bilərəm ki, haqqımı tələb edib, pulumu ala bilim?" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |