Əsas Səhifə > Sosial, Manşet > Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...

Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...


6-05-2023, 09:14
Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...
Neftçalalı fermerlər su qıtlığından əziyyət çəkirlər. Belə ki, yerli təsərrüfat sahibləri əkinlərini suvara bilmədiklərini deyirlər. Problemin əsas səbəblərindən biri isə su kanallarının baxımsız vəziyyətdə olmasıdır.

Təsərrüfat sahibləri deyirlər ki, su kanallarını qurunt suları basdığı üçün əkinləri su altında qalıb məhv olur.

Yerli fermer Sərxan Fərəcov bildirir ki, neçə illərdir əkin sahələrinə çəkilmiş su kanalları alaqdan və kol-koslardan təmizlənmir.

“Ona görə də su bol olanda sürətli axa bilmədiyindən sahələrə dolur. Nəticədə isə əkinimiz məhv olur. Dəfələrlə Bulat müəllimə ərizə yollamışam. Yazmışam ki, sizin kanalların lili mənim sahəmə vurur. Keçən il pambıq zavodu ilə müqavilə bağlamışdım. 3 hektar sahəyə iki min manatlıq çiyit səpmişdim. Su basması nəticəsində həmin çiyitlər də məhv oldu”.

Fermerin bildirdiyinə görə, artıq illərdir ki, oxşar problemi yaşayırlar.

Sərxan Fərəcov əkin üçün 10 min manata yaxın borc pul aldığını, lakin məhsul əldə edə bilmədiyi üçün həmin pulu qaytara bilmədiyini də qeyd edib.

Digər müsahibimiz, Sərxan Fərəcovun həmkəndlisi Telman Orucovun da sahəsi onun əkin sahəsi ilə yanaşıdır. Telman Orucov 4 hektar taxıl sahəsinin yarısının suyun altında qaldığını bildirib.

Onun sözlərinə görə, su kanalının ətrafında əraziləri olan 100-ə yaxın fermer oxşar problemdən əziyyət çəkir.

Təsərrüfat sahibləri dəfələrlə müvafiq qurumlara, kənd bələdiyyəsinə, icra nümayəndəliyinə müraciət etsələr də tədbir görən olmayıb.

Adıçəkilən Bulat müəllimin Salyan Suvarma Sistemləri İdarəsinin rəisi olduğunu öyrəndik. Araşdırmalardan məlum oldu ki, əkin sahələri Neftçala rayonunun inzibati ərazisinə aid olsa da əkin sahəsinin yanından keçən su kanalları Salyan Suvarma Sistemləri İdarəsinin balansındadır. Yəni, su kanallarını sözügedən idarə təmizləməlidir ki, suvarma suyu vaxtında itkisiz təyin olunmuş məntəqələrə çatsın.

Məsələ ilə bağlı Salyan Suvarma Sistemləri İdarəsinə müraciət edib əkinçilərin haqlı sualı ilə quruma müraciət etdik. Qurumdan bildirdilər ki, fermerlərin müraciətləri nəzərə alınacaq və su kanalları alaqdan və lildən təmizlənəcək.
//bizim.media//

Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...
Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...
Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...
Neftçalada 100-ə yaxın fermerin BİR DƏRDİ VAR...
Geri qayıt