Əsas Səhifə > Sosial, Manşet > Qəpik güdüb milyoner olmaq istəyirlər?

Qəpik güdüb milyoner olmaq istəyirlər?


10-06-2023, 09:25
Qəpik güdüb milyoner olmaq istəyirlər?
DİA.AZ: - "Maaş aldığm bank hər ay mənə kartıma yüklənən məbləğ barədə 1 mesaj göndərirdi. Bu aydan dayandırılıb. Səbəbi ilə maraqlananda bəlli oldu ki, ayda göndərdiyi bir mesaja görə bank məndən hər ay 1 manat xidmət haqqı istəyir, bu ildə 12 manat edir..." DİA.AZ bildirir ki, bu barədə sosial çəbəkələrdəki paylaşımında tanınmış jurnalist Qadir Həzi giley edir.

Daha sonra Q.Həzi davam edir:

"Xub! Belədə mənim abunə olduğum "Azercell"də bir mesaj 4 qəpikdir və bu da ildə 48 qəpik edir.

Bank bunu hesablaya bilmir, yoxsa bizi?.. Nə isə, lənət şeytanlaşmaya rəvac verənlərə..."

Qəpik güdüb milyoner olmaq istəyirlər?

Qeyd edək ki, jurnalistin dəlil kimi paylaşdığı mesajlaşmadan söhbətin "ATB" bankdan getdiyi anlaşılır...

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt