Əsas Səhifə > Sosial, Manşet > Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...

Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...


21-07-2023, 09:11
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı tutduğu vəzifədən azad edildi, universitetin kollektivi rahatlıq tapdı. Lazımsız təmir-tikintidən, yersiz yerdən keçirilən elmi şuranın iclaslarından, birokratik əngəllərdən, inzibatçılıqdan və bir sıra lazımsız işlərdən canımız qutardı.
Mustafa Babanlı 100-dən çox müəllim və professor heyətini haqsız yerdən işdən çıxarmaqla, düzgün etmədi.ADNSU-nun tarixində bu qədər müəllim, həmçinin texniki işçilər işini itirməmişdi, onları gərəksiz insanlar əvəzləməmişdi.Təssüflər olsun ki,universitetin tarixində bu qədər tələbə imtahanlardan kəsilməmişdi, tələbələrə bu şəkildə pullar ödətdirilməmişdi və təmir-tikinti,avadanlıq alınması adı altında silinib mənimsənilməmişdi."

Faktinfo.az xəbər verir ki,bu fikirlər sayta verilən məlumatdandır.Məlumatda o da bildirilir ki,vəzifədən azad ediləcəyi Mustafa Babanlı üçün gözlənilməz olmayıb.Bu onun ehtimal etdiyi ən yaxşı variantlardan biri olub. Çünki, ADNSU-da aparılan yoxlamalar onun üçün müəyyən problemlər yarada biləcəyini əvvəlcədən təxmin edibmiş.

Onu da qeyd edək ki, professor, müəllim heyəti narazı salınan, şikayət ünvanlanan universitetlərin sırası genişdir, bu mənada mənfi örnəklər ADNSU ilə yekunlaşmır. Məsələn, Gəncə şəhərində yerləşən universitetlər daxil, paytaxtda yerləşən ali təhsil müəssisələrinə rəhbərlik edən rektorlar sanki hamısı eyni şeyi edirlərmiş kimi təsir bağışlayır. Belə anlaşılır ki, narazılıqlar, incidilmələr məqsədli şəkildə edilir və burada rektorlar və onların qazancına şərik olan şəxslər baş verən neqativləri bilməmiş deyillər.Həqiqət payı çox olan bu biabırçı mənzərəni seyr edərkən görünür ki,rektorlar bir-biri ilə pul qazanmaq bəsəbəsindədirlər.Bu "yarışda" isə işlədilən ümumi ifadə "islahat aparırıq" deyimidir.

Professor, müəllim heyətinin narazı salındığı, incidildiyi universitetlərin sırasında Azərbaycan Texniki Universiteti də var.Artıq təhsil sektoruna cavabdeh olan şəxslər,nəzarətedici rəhbərlər orada heç nə baş vermirmiş kimi yanaşma sərgiləyirlər. Nümunə üçün bir neçə cümlə deyək. Rektor Vilayət Vəliyevin əmrinə əsasən, "patokda" 120 tələbə mühazirə dinləməli olur. Burada məqsəd tələbəyə təhsil vermək deyil,üç müəllimə verilən əmək haqqını bir müəllimə verib, iki müəllimi ixtisar etmək,tələbələrdən kəsrə görə yığılan pulları ora-bura silib mənimsəməkdir. Çünki, söhbət tələbəyə təhsil verməkdən getsəydi,yaxşı halda "patokda" 60 tələbə mühazirə dinləməlidir. 100-ə yaxın professor,müəllim heyətini ixtisar etmək,kənardan universitetə lazımsız müəllimləri cəlb etməyin adı isə pul qazanmaqdır,vəssalam, cüttamam. Elə pulun var öz müəlliminə ver, narazılıq niyə yaradırsan ki, deməzlərmi? Deyərlər!

Digər tərəfdən, AzTU-da təmirli sahələr, auditoriyalar, yeməkxanalar nədən sökülürdü?! Söküldüsə, yeməkxana sonradan niyə kafe tipli vəziyyətə salındı?! Yəni bunlar nə məqsədlə edildiyini heç kim anlamadı və yaxud digər nəzarətedici dövlət orqanları vəziyyətdən xəbərsizdilər ki?! Yaxşı adamdan soruşmazlarmı, necə yeməkxana təmir etmisən, orada qiymətləri normallaşdırmısan ki, AzTU-nun professor, müəllim heyəti nahar fasiləsinə yaxınlıqda yerləşən AMEA-nın yeməkxanasına gedir.

Belə nümunələr çoxdur və saymaqla qutaran deyil. Bu mənada regionlarda, Bakı və Gəncə şəhərində yerləşən bütün universitetlərə əl gəzdirilməlidir. Ali təhsil müəssisələrindən Prezident Administrasiyasına ünvanlanan bütün şikayət məktubları obyektiv araşdırılmalı, mətbuatda yer alan yazılara diqqət yetirilməlidir. Bəlkə onda universitetlərdə baş alıb gedən özbaşınalıqların, narazılıqların qarşısı müəyyən mənada alına.
//Faktinfo.az//
Geri qayıt