Əsas Səhifə > Sosial, Manşet > QHT sektorunu qarışdıran ƏLİ XƏMİRLİ...
QHT sektorunu qarışdıran ƏLİ XƏMİRLİ...5-08-2023, 09:45 |
DİA.AZ: - Neçə müddətdir ki, QHT sektorundakı etirazlarla bağlı gərginlik müşahidə olunmaqda, bizlər də mətbuat olaraq bu prosesi oxuculara olduğu kimi çatdırmaqdayıq. Sonuncu yazımız BURADA: QHT sektorunun `MASKASI YIRTILMAQDADIR`... - "Agentliyə ayrılan dövlətin milyonları..." Qeyd edək ki, sözügedən məsələdə ən aktiv etirazçılardan biri kimi diqqətə gələn İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli növbəti açıqlaması ilə diqqət çəkib. Ad çəkmədən yeni anonsla çıxış edən İSBAM sədrinin növbəti günlərdə daha ilginc faktları açıqlayacağı heç şübhəsizdir. Qeyd edək ki, əslində bu faktlar üzrə hər an hüquqi araşdırmanın başlanılması imkanı mövcuddur. Təbii ki, bu, daha çox aidiyyatı qurumların səlahiyyətinə aid olduğundan, bizlər yalnız tövsiyyələrimizi ifadə edə bilərik... Biz isə gələk S.Adıgözəllinin açıqlamasına. İSBAM sədri bildirir: "Səmimilik, sadəlik, keçənə güzəşt, tələb etməmək, sus ki susasan, hər məqamı milli məsələlərə qurban etmək prinsiplərimdən çox istifadə etdiniz . Vətəndaş cəmiyyətini , böyük bir ictimai sektoru bir - iki korrupsiyaya bulaşmış, maxinator, saxtakarın barmağında fırlatmasınin qarşısı alınmalıdır. Bu adamların arxasında duranlar, habelə bunların qarşısında prinsipsizlik göstərib, vəzifə borcunu yerinə yetirməyənlər ölkəyə xəyanət edirlər. Bütün bunlara cavab verəcəksiniz...." Onu da qeyd edək ki, DİA.AZ olaraq qaraşdırmalarımız nəticəsində QHT sektorunda əsas narazılıq yaradan fiqur kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına icraçı direktoru vəzifəsini tutan Aygün Əliyevanın adının hallandığını müəyyən etdik. Aydın olur ki, məhz Aygün Əliyevanı bu işdə əsas səbəbkar kimi göstərən narazı QHT-lər büdcə pullarının sağa-sola səpələnməsində də bu xanımı ittiham edirlər. Elə uzağa getməyərək İSBAM sədrinin bir neçə gün əvvəlki açıqlamasına istinad edək: "Heç bır məsələ sakitləşməyib. Cəmiyyətdən, dövlətdən, prezidentdən gizlədilən həqiqətləri bır-bır üstünün açılmasına çalışacağam. Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam. Ötən il "Şuşa ili " münasibətilə nəzərdə tutulmuş "Heydər Əliyevin Şuşa sevgisi " adlı layihənin taleyi necə olub? Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz" Yəni aydın olur ki, bu işdə Azay Qulieyvdən də ötə formada Aygün Əliyeva suçlu bilinir. Bəs kimdir bu Aygün xanım? DİA.AZ olaraq onula bağlı məlumatları təqdim edirik... Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib. Yəni QHT sektoruna qədər uzun müddət Binədəqi RİH-də müavin vəzifəsini daşıyıb... Azay Quliyev isə neçə dönəmdir həmin rayonun ərazisinin deputat mandatını cibində gəzdirir. Yəni tərəflərin ortaqlığı "ilk tanışçlıq" səviyyəsində deyil. Və elə buna söykənərək bir neçə QHT rəhbəri Azay Quliyev-Aygün Əliyeva cütlüyünü sektoru qarışdıran əsas xətt kimi təqdim etməkdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |