Əsas Səhifə > Sosial, Manşet > Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsində aşkar şəkildə RÜŞVƏT İSTƏNİLİR

Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsində aşkar şəkildə RÜŞVƏT İSTƏNİLİR


18-08-2023, 08:29
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsində aşkar şəkildə RÜŞVƏT İSTƏNİLİR
DİA.AZ: - Ucar rayon sakinləri Vətən müharibəsi Qaziləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyev vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur.
Belə ki, biz özümüzə məxsus avtomobili 17 avqust 2023-cü il tarixdə qeydiyyata aldırmaq üçün Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsində olduq.Bizdən avtomobili qeydiyata almaq üçün 200 manat məblğində pul alsalarda qəbz təqdim etmədilər.Həmdə biz orada 5 saatdan çox gözləməli olduq.Çünki ilkin olaraq bizdən 400 manat pul istənilmişdir.Həmin pulu verə bilməyəcəyimizi dedikdən sonra bizi 5 saatdan çox orada gözlətdilər.Hansı ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri növbədən kənar qəbul edilməlidirlər.
Biz hər ikimiz Vətən müharibəsində yaralanıb əlil olmuşuq.Dövlətin verdiyi təqaüd bizim müalicələrimizə və dərmanlarımıza güclə çatır ancaq Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyev bunu nəzərə almadan korrupsiya əməlləri ilə məşğul olur.
Qanuna müvafiq qaydada Mersedes markalı 90 RF 783 nömrəli avtomobil aşağı rüsümla qeydiyata alınmalıdır.
Aidiyyatı mərkəzi orqanlardan xahiş edirik şikayətimizi obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyevin barəsində qanunu tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt