Əsas Səhifə > Sosial, Manşet > "Vətəndaş cəmiyyəti artıq can üstədir..."
"Vətəndaş cəmiyyəti artıq can üstədir..."22-08-2023, 08:24 |
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. DİA.AZ-ın məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik: "Vətəndaş cəmiyyəti artıq can üstədir. Heç bir dəstəyə sahib olmayan, ölkənin ictimai həyatında xüsusi rola malik təşkilatlar məqsədli şəkildə sıradan çıxarılır. QHT Agentliyinin keçirdiyi qrant müsabiqəsi, burada baş verən maraq toqquşmaları, "ölü təşkilatlara" maliyyə ayırmaları , otkad əməliyyatları cəmiyyəti narahat etməkdədir. Növbəti araşdırmamla bir daha dövlətin İctimai əhəmiyyətli fəaliyyətlər üçün ayırdığı milyonların necə əridildiyini bilmək haqqınız. Tanış olun ( qohumlar, icra hakimiyyəti sektor müdiri, nazirliyə pul atışı) qrant ayrılan aşağıdakı 3 təşkilatla : 1. "İnformasiya texnologiyalarının tətbiqinə yardım mərkəzi " Layihənin adı; Xaricdə ödənişsiz təhsil üzrə imkanlar və risklər barədə məlumatlandırma tədbirlərinin keçirilməsi. 6000 manat. Ortada belə bir təşkilat yoxdur. Bu təşkilatın rəhbəri Azay Quliyev ilə Musa Urudun qohumudur. 2. " Doğru Yol" milli mənəvi dəyərlərin təbliği ictimai birliyi . Layihənin adı; Regionlarda milli mənəvi dəyərlərin qorunması yönündə maarifləndirici tədbirlərin təşkili, 7000 azn Təşkilatın rəhbəri İsmayıl rayon İcra hakimiyyəti informasiya təminatı sektor müdiridi. 3. Elektron sosial aktivlik sistemi könüllüləri ictimai birliyi. Layihənin adı; "Rəqəmli az" tətbiqinin hazırlanması, 7000 manat. Bu təşkilat Rabitə nazirliyinin dəstəyilə yaranıb. Daha sonra təşkilatın rəhbəri Səid Sadiqov hansısa pul söz- söhbəti ilə bağlı nazirlikdən qovulub. Hazırda nazirlik başqa təşkilat qurub. Bir sözlə QHT Agentliyi bunlara pul ayırıb ki, gedin xərcləyin. Agentlik rəhbərliyi özlərinin təşkil etdikləri müsabiqə nəticələrinin altında qalıblar. Əldə etdiyim məlumata əsasən qurtuluş üçün bir - birlərini " xərcləməyə" başlayıblar. Bu məqsədlə Agentliyin icraçı direktoru Aygün Əliyeva xaricdəki məzuniyyətini yarımçıq qoyaraq ölkəyə dönüb". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |