Əsas Səhifə > Sosial, Manşet > Həbsdəki jurnalistin səhhəti pisləşsə də...
Həbsdəki jurnalistin səhhəti pisləşsə də...4-09-2023, 09:28 |
DİA.AZ: - Hazırda həbsdə saxlanılan tanınmış jurnalist Sənan Həsənoğlunun ailə üzvləri DİA.AZ-a yenidən müraciət etməli olublar. Jurnalistin həyat yoldaşı Seyidova Nəzakət DİA.AZ-a açıqlamasında qeyd edib ki, Sənanın səhhəti günü-gündən pisləşsə də, Peniotensiar xodmətin bəzi işçilərinin qərəzi səbəbindən tanınmış jurnalist hələ də müalicəyə cəlb olunmayıb. Xatırladaq ki, bir neçə gün əvvəl jurnalistin səhhətində ciddi problemlərin yarandığı haqda xəbər vermişdik. Seyidova Nəzakət DİA.AZ-a açıqlamasında qeyd edib ki, yoldaşı ağır xəstə olsa da, anlaşılmaz səbəblərdən müalicədən kənarda qalıb və bu da onun durumunun hər an daha da ağırlaşa biləcəyi anlamına gəlir. Jurnalistin ailəsi müalicə müəssisəinin rəhbərliyindən narazıklıq edib: "Mayıl müəllimin Sənanla nə qərəzi var bilmirik" Xatırladaq ki, Keçən günlərdə jurnalistin ailəsi müəlicə müəssisəsinin rəhbərliyinə qarşı konkret ittihamlar da səsləndirmişdi. DİA.AZ bildirir ki, tanınmış jurnalist Sənan Həsənoğlu 1974-cü ildə Ağcabədidə anadan olub. Təfəkkür Universitetində jurnalistika ixtisasını bitirib. Uzun illər "Space", "Azad Azərbaycan" və "AztV"nin Qarabağ bürosu üzrə müxbir işləyib. Qeyd edək ki, Sənan Həsənoğlu 9 fevral 2020-ci ildəki parlament seçkilərində 82 saylı Ağcabədi seçki dairəsindən namizəd idi. *** Məsələ diqqətimizdədir... Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq... Geri qayıt |