Əsas Səhifə > Sosial, Manşet > Söyün Sadıxov Putinin nişanlısına gecə məsləhəti verdi…
Söyün Sadıxov Putinin nişanlısına gecə məsləhəti verdi…15-02-2014, 15:08 |
DİA.AZ: - «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının qurucusu, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov bu dəfə fərqli formatda diqqətə gəlib. DİA.AZ bildirir ki, bu günlərdə Rusiya müxalifətinin əleyhinə mətbuatda müəllif yazısı ilə çıxış edən Rusiya prezidenti Vladimir Putinin yeni sevgiliisi Alina Kabayevaya müxtəlif istiqamətlərdən dəstək verilməkdədir ki, onların sırasında Söyün Sadıxov da var. Amma möhtərəm Söyün Sadıxov cənabları Alina Kabayevaya dəstək verməsi üçün bəlkə də qeyri-münasib vaxtı seçib. Belə ki, gecə saatlarında tatar əsilli Alina Kabayevaya «Dobrıy noçğ Alina xanum» deyə müraciət edən həmyerlimiz özünün «Facebook» səhifəsində Putinin nişanlısına aşağıdakıları yazır: «Gecəniz xeyir, Alina xanım. Mən sizin «Müxalifət və Putin haqqında» başlıqlı məqalənizi oxudum. Siz başa düşürsünüz ki, heç bir yerdə və heç vaxt hakimiyyətdər hamını qənae edə bilməz. Amerikada, Almaniyada, Norveçdə, hətta dünyanın daha da inkişaf etmiş ölkələrində belə bu belədir… Hər zaman müxalifətin dediklərini sakitliklə qarşılamaq lazımdır. Mən bir Rusiya vətəndaşı olaraq hansısa müxalifəti görmürəm»… Daha sonra Söyün Sadıxov cənabları Putinin sevgilisinə özünün «Facebook» müraciətində eynən Azərbaycan zəhmətkeşləri kimi müxalifətin yoxluğunu izah etməyə çalışır, amma özü də bilmədən yanlışı yanlış ardınca düzür. Bir növ Rusiyanın hələ inkişaf olmamış ölkə olduğunu etiraf edir: «Bu gün Putin Rusiyaya lazımdır. Putin Rusiyaya sivilizasiyalı, hüquqi cəmiyyətin qurulması üçün lazımdır. Sizin Putinlə münasibətləriniz - bu artıq şəxsi işinizdir… Sizin bu barədə kiminsə qarşısında hesabat verməmək hüququnuz var. Siz yetişkin qadınsınız… Əsas olanı odur ki, siz hər dəfə müxalifətə cavab verəndə, onların səviyyəsinə enməyin. Hər zaman yüksəkdə olun». Geri qayıt |