Əsas Səhifə > Sosial, Manşet > Fars-molla rejimi bu dəfə Azərbaycan türkünün Məşrutə inqilabına sahibləndi

Fars-molla rejimi bu dəfə Azərbaycan türkünün Məşrutə inqilabına sahibləndi


17-02-2014, 09:53
Fars-molla rejimi bu dəfə Azərbaycan türkünün Məşrutə inqilabına sahibləndi
DİA.AZ: - Neçə müddətdir ki, İranda hakimiyytətdə olan fars millətçiləri Azərbaycan tarixini saxtalaşdırma siyasətini daha da intensiv hala gətiriblər. Məsələn, keçənlərdə Şimali Azərbaycanda keçən əsrin 80-ci illərinin sonlarından başlayan və Azərbaycan türkünün sovet imperiyasına qarşı səfərbərliyinin təzahürü olan Milli Azadlıq Hərəkatımıza sahiblənən fars-molla rejimi baş verənləri Azərbaycan xalqının rus işğalından yorulub, İrana doğru meyillənməsi kimi qələmə verdilər. Və iddia etdilər ki, hətta Sərhəd Hərəkatı belə Şimali Azərbaycan vətəndaşlarının İran həsrətinin təzahürü imiş.

Təbii ki, bu cəfəngiyyatın əslində fars-molla rejimi üçün hər zaman təhdid faktı kimi çıxış edən Bütöv Azərbaycan ideyasının kölgələnməsinə xidmət etdiyni hər kəs yaxşı bilir. Bəlkə də bundandır ki, artıq rəsmi Bakı, habelə tarixçilərimiz İrandan baş qaldıran bu cür gülməli iddialara reaksiya belə vermirlər. Bir növ Şimali Azərbaycanda bu kimi absurd iddialara qarşı immunitet də formalaşıb.

Amma buna rəğmən fars millətçilərinin dəyirmanları üyütməyindədir və DİA.AZ bu dəfə Cənubi Azərbaycan türkünün Məşrutə inqilabına fars-molla rejiminin sahiblənmə cəhdini sübutlayan informasiyanı təqdim edir:

Fars-molla rejimi bu dəfə Azərbaycan türkünün Məşrutə inqilabına sahibləndi

“Şərqi Azərbaycan əyalətinin valsi deyib: Azərbaycan xalqı ölkənin siyasi, iqtisadi, mədəni və hərbi sahələrində nəzərə çarpacaq rol ifa etmişdir və azərbaycanlıların İrana vəfalı olmasında heç vaxt şübhə olmayıb.

"Nəsrnews" informasiya mərkəzinin verdiyi məlumata əsasən, bu gün Təbriz Universitetində keçirilən "İslam İnqilabında Azərbaycanlıların Rolunun Araşdırılması" elmi konfransında çıxış edən İsmayıl Cabbarzadə deyib: "Azərbaycan, İranın azallıq və müstəqilliyi, torpaqlarının qorunması yolunda tarix boyu dilavərlik, mübarizə səhnəsi olmuşdur".

O, Azərbaycan xalqının tarixdə iftixarlı keçmişinə və yadelllilərlə mübarizələrinə işarə edərək deyib: "Ölkəmizin müasir tarixində də Azərbaycan xalqının bacarıqsız şahlara, yadlara qarşı mübarizədə öndə dayanmalarına çoxlu nümunələr vardır".

Cabbarzadə, Məşrutə inqilabında da azərbaycanlıların böyük roluna xatırladıb və bu hərəkatı azərbaycanlıların İrana sevgisindən irəli gəlməsi adlandırıb. O, artırıb: "Məşrutə inqilabı başlanana kimi Azərbaycan öz coğrafi və iqtisadi mövqeyinə görə tanınırdı. Lakin bu inqilabdan sonra öz dəlirliyi, mübarizliyi, azadlıq və vətənsevərliyi ilə məşhur oldu, Təbriz, Əmirxiz, Sərcabın adları bütün İranda tanındı. Məşrutə inqilabının ağırlığı, hətta onun rəhbərliyinin qorunmasının ağırlığı Azərbaycan xalqının çiynində idi. Təbriz bu dövrdə tarixin ümdə payını özünə məxsuslandırdı".

Cabbarzadə çıxışının davamında İslam İnqilabında Azərbaycan xalqının fəal iştirakına işarə edərək deyib: "Bu iştirakın ətf nöqtəsi Təbriz əhalisinin 1356-cı ildə 29 bəhmən qiyamı oldu. Bu qiyam ölkənin hər tərəfində xalqın oyanışına səbəb oldu"”

Görünəni odur ki, İranda Azərbaycan tarixini yenidən yazmağa girişiblər ki, fars işğalı altında yaşamaq zorunda qalan 40 milyonluq Azərbaycan türkünün başına corab hörə bilsinlər. Amma kəfən çoxdan yırtılıb, ağalar...

Geri qayıt