Əsas Səhifə > Sosial, Manşet > Ruslan müəllim `Azəriqaz`ı lap BAZARA DÖNDƏRİB...
Ruslan müəllim `Azəriqaz`ı lap BAZARA DÖNDƏRİB...12-10-2023, 08:39 |
DİA.AZ: - Deyəsən, "Azəriqaz"ın rəhbərliyinə aid şəxslər özlərini o qədər arın-arxayın hiss edirlər ki, artıq qanunun tələbləri də onlar üçün hansısa əhəmiyyəti daşımır. DİA.AZ bildirir ki, hər halda açıqlaanan faktlar belə deməyimizə əsas yaradır. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının səədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vəkil Səbuhi Axundova istinadla maraqlı bir fakta işıq salıb. "Dəyərli dostlar, təcrübənzidə belə bir hala rast gəlmisizmi ki, idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarların sədri olsun?" deyə xitab edərək paylaşımını diqqətə çadıran vəkil daha sonra yazır: "Əlbəttə ki... məsələn, bildiyim qədər Azəriqaz Ağsu RQİİ-də idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarlar təşkilatının sədridir. Bu halda rəisin də işi asanlaşır: rəis ,müdir xanıma iki tapşırığı birdən verir.HT sədrinə işçinin işdən çıxarılması üçün raziliq alma məktubu, və işçinin işdən azad olunması üçün HT razılıq məktubu. Xanım müdir özü yazır, özü də cavab verir... Super "təcrübədi"..." Hər halda, Ağsu Regional Qaz İstismarı İdarəsində müşahidəə olunan bu faktla bağlı "Azəriqaz"ın hansısa izahatı olmalıdır. Daha doğrusu, məsələyə aydınlıq gətirməlidirlər. Çünki bu, ən azından qanun pozuntusu, əslində isə özbaşınalıqdır... Qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq... Geri qayıt |