Əsas Səhifə > Sosial, Manşet > Hakimiyyət total dəyişikliklərə gedir - Oliqarx-məmurlar hədəfdə
Hakimiyyət total dəyişikliklərə gedir - Oliqarx-məmurlar hədəfdə19-02-2014, 10:18 |
DİA.AZ: - Təbii ki, hazırki hakim komandanın fəaliyyəti və ümumilikdə olaraq, idarəetmə prinsipləri kimlərsə tərəfindən bəyənilməyə bilər ki, bu da təbii müxaliflikdir. İstənilən ölkədə hakimiyyət də var, bu hakimiyyətə müxalif olan qüvvələr də. Və neçə müddətdir ki, hakim Yeni Azərbaycan Partiyası özünün siyasi iqtidarlılığını qorumaqdadır. Doğrudur, bu yolda baş verənlər, bir daha təkrarlayırıq, kimlərisə qane etməyə bilər. Amma istənilən halda «hakimiyyətin qorunub-saxlanılması üçün nələri etmək lazımdır» müstəvisində 21 illik YAP iqtidarı elə öz rəqiblərinə də əməlli-başlı dərs keçdi. İndi isə yeniləşmə zamanıdır. Və artıq bu yeniləşmə üçün müvafiq tədarüklər görülür. Bunu isə hakim düşərgəyə yaxın çevrələr DİA.AZ-a ötürüblər. Mötəbər mənbənin verdiyi xəbərdən belə aydın olur ki, daha bir neçə il üçün öz iqtidarlılığını qorumağı niyyət edən YAP hakimiyyəti çox genişmiqyaslı planlar üzərində baş sındırır ki, bu əsnada da xüsusi olaraq diqqətləri cəlb edəni hakim düşərgədə keçirilməsi nəzərdə tutulan kadr islahatlarıdır. Mənbəmizin bilgisinə görə, çox ciddi islahatlar həyata keçiriləcək: «Bu günə qədər nüfuzu ilə hər kəsə meydan oxuyan iriranqlı məmurların da görəv başından alınması planlaşdırılır. Bir çoxları elə düşünür ki, məsələn, kifayət qədər oturuşmuş hansısa oliqarx-məmuru görəvindən ayırsan, hakim cinahda zəlzələ effektli silkələnmə ola bilər. Amma bu dəyişikliyin özü belə planlaşdırılır və heç bir təlatüm baş verməyəcək». Məlumatlara görə, bir neçə iriranqlı məmurun və eləcə də onlarla icra başçısı və ayrı-ayrı vəzifə sahibinin bu ilin sonuna qədər görəvdən alınması nəzərdə tutulub: «Hər şey plan üzrə həyata keçiriləcək və bu gün təhlükə kimi xarakterizə olunan fiqurların özləri belə bu planın ağrısız şəkildə icrasında maraqlı olacaqlar. Əks halda, onlar yalnız vəzifələrini deyil, azadlıqlarını da itirə bilərlər. Hər halda, «dövlətlə dövlətçilik etmək olmaz» prinsipi bu məqamda daha çox işləyəcək». Geri qayıt |