Əsas Səhifə > Sosial, Manşet > Belə yerlər nəzarətsiz qaldığındadndır ki...

Belə yerlər nəzarətsiz qaldığındadndır ki...


23-10-2023, 09:02
Belə yerlər nəzarətsiz qaldığındadndır ki...
DİA.AZ: - "Şikayətim "166 `Xalça Yuma`dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunddakı paylaşımında Kamil adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Neçə dəfə bu xidmətlərindən istifadə eləmişik və razı da qalmışıq. Hər dəfə də bu şirkətə müraciət edirik. Ancaq bu səfər şəkildə göründüyü kimi xalçanı cırıblar, və 2 həftədir bizi yola verirlər.

Belə yerlər nəzarətsiz qaldığındadndır ki...

Gah deyirlər, "bizim səhvimizdi", sonra deyirlər "yox, xalça problemli olub" (təhvil alanda baxıb alıblar), gah deyirlər, "köhne xalçadı" Amma 4 ilin xalçasıdır və ilk gündən bu şirkət yuyubdur.

Dedilər, bərpa edə bilərik, razılaşdıq ki bərpa edin baxaq görək necə olacaq. Və səs-soraq gəlmədi. Ayın 19-u zəng etdim operator xanım dedi, "bəli, bərpa olub... əməkdaşlarımız zəng edəcək". Yenə səs-soraq çıxmadı. Növbəti dəfə zəng edəndə bizə verilən cavab: 'Siz bizə bərpa edin deməmisiz'.

Qısaca bizimlə məzələnib yola verirlər. Malımızı yararsız hala salıblar, üzr istəyib bu məsələni həll etməkdən bizi səhv çıxartmağa çalışıb üstlərindən atmağa çalışırlar. Diger yuyulan xalçaları bizə tehvil verməyə gətirdilər və mən ödeniş etməyəcəyimi bildirmişdim. Verdiyim malları tam mənə təhvil verəndən sonra cırılan xalçanın bərpa olunmasını bəyənsəm, hamısını ödəyəcəyimi də bildirdim, ancaq 20 manata görə o birilərini də geri apardılar. Dəfələrlə şikayətimizə baxmayaraq heç veclərinə də almırlar bizi, artıq uzlaşma yolu qalmayıb, hüquqi yollara baş vuracam".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt