Əsas Səhifə > Sosial, Manşet > Ağsunun icra başçısı Bakıdakı oliqarx-məmurlara meydan oxudu

Ağsunun icra başçısı Bakıdakı oliqarx-məmurlara meydan oxudu


20-02-2014, 10:40
Ağsunun icra başçısı Bakıdakı oliqarx-məmurlara meydan oxudu
DİA.AZ: - Azərbaycanın rayonlarında acınacaqlı vəziyyət davam edir. Belə ki, rayonlarda ağır durum olsa da, yerli məmurlar heç də öz imkanlarından narazı deyillər. Əslində Bakıda da eləı belədir. Bir-birinin ardından məmur övladları ilə bağlı açıqlanan faktlar da sübutlayır ki, onlarla bizim yaşamımız arasında uçurum həddində olan böyük bir fərq var.

Təbii ki, bu əsnada əyalət məmurları bir qədər sığortalanmış kimidirlər. Yəni Ziya Məmmədovun, Nazim İbrahimovun övladlarının bahalı həyat tərzi daha çox mediatikdir, nəinki hansısa rayonun icra başçısının və yaxud da təhsil şöbəsi müdirinin.

Bu gün Ağsu rayonundan DİA.AZ-a daxil olan maraqlı məlumatda da bu məqama toxunlur. Aydın olur ki, Yerlərdəki məmurlar heç də Bakıdakı oliqarxlaşmış məmurlardan geri qalmırlar.

Məlumatda bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu yaxınlarda böyük bir bazarlıq edib. Belə ki, o, ümumi dəyəri 600.000 manat olan "Mersedes" markalı avtomobil və dəbdəbəli bir villa alıb.

Mənbənin bildirir ki, həmin hədiyyələrin kimin üçün alındığı da məlumdur. Sadəcə müəyyən araşdırmalardan sonra həmin adamın adını açıqlayacağıq.

Onun sözlərinə görə, rayonda ciddi sosial-iqtisadi vəsziyyətin ağır olduğu bir vaxtda Ənvər Seyidəliyevin bu addımı atması olduqca gülünc görünür. Çünki bu gün Ağsu rayonunda insanlar ağr şəraitdə yaşayır. Görünür, insanların necə yaşaması icra başçısı üçün qəti maraqlı deyil.

Bildirək ki, Ağsu rayonu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun kurasiyasında olan rayonlardandır. Ağsu rayon icra başçısı da Səlim Müslümovun yaxın qohumudur. Məhz bu rayonda bütün idarə rəhbərləri Ənvər Seyidəliyevin yaxın qohumlarıdır.

Məlumatı dəqiqləşdirmək üçün Ağsu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz nəticəsiz qaldı.

Mövzu ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt