Əsas Səhifə > Sosial, Manşet > "Müdir müavini Nahid Məmmədov və Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alır..."
"Müdir müavini Nahid Məmmədov və Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alır..."4-11-2023, 09:44 |
DİA.AZ bildirir ki, İmişli rayon sakini Quliyev Fuad Fazil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiaysına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu haqsız yerə "DOST" Mərkəzindən işdən çıxarıblar: "Mən, Quliyev Fuad Fazil oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırasınız. İmişli rayonunda doğulmuşam. 3 övladım var. Böyük oğlum Naxçıvan şəhərində hərbi xidmətdədir. Digər övladlarım isə məktəblidirlər. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılmış “DOST” Xidmətinin İmişli rayon MKTİB-də 2017-ci ildən 2023-cü ilə qədər sosial işçi kimi çalışmışam. Aprel ayının 12-dən köməkçi vəzifəsində işləmişəm. Məsuliyyətlə hər gün vaxtında iş başında olmuşam. Müdir müavini Nahid Məmmədov və sosial işçi kimi tanınan Nurəddin Əliyev işçilərdən məcburi rüşvət alırdı. Nurəddin Məmmədov məndən də bir dəfə 50 manat almışdır. Mən və 4 nəfər iş yoldaşım bu barədə Nazirlər Kabinetinə, DTX rəisinə və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişik. Bu il fevral ayının 16-da Baş Prokurorluğun əməkdaşları İmişli rayon Prokurorluğunda işçiləri dindirib və izahatlar almışlar. 3 günlük araşdırmalarda 60-dan çox işçinin işə çıxmadan əmək haqqı aldığını müəyyən etmişlər. İdarədə yanacağın artıq yazılması və saxta tələbnamələrlə kağız üzərində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi aşkara çıxarılmışdı. Şirkət adı ilə tender açılaraq, başqa rayon vətəndaşının bu idarədən aylıq maaş alması aşkarlanmışdır. Korrupsiya İdarəsinin istintaq şöbəsində müstəntiq Orxan Məmmədov tərəfindən müdir Ceyhun Süleymanovla birlikdə 11 nəfərə cinayət işi açılmışdır. Dediklərimin hər birinin sübutu var. Mənim xahişim ailə vəziyyətimi nəzərə alaraq, məni öz işimə bərpa etmələridir. Mən haqsızlıqla işdən çıxarılmışam. Çünki şikayət etməyim rəhbərliyin xoşuna gəlməmişdir. Bu qədər haqsızlıq olar? Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |