Əsas Səhifə > Sosial, Manşet > Nazirlik bələdiyyələrdə qəfil yoxlama qərarı verdi
Nazirlik bələdiyyələrdə qəfil yoxlama qərarı verdi21-02-2014, 10:29 |
DİA.AZ: - Qanunsuz olaraq torpaqların satışa çıxarılması əslində daha çox dövlətə problem yaradır. Bu bir faktdır. Belə ki, zaman-zaman hansısa dövlət qurumunun balansında olan ərazilərin qanunsuz olaraq bələdiyyələr tərəfindən əhaliyə satılması, həmin yerlərdə evlərin tikilməsi müşahidə olunur ki, sonradan da torpağın sahibi geri dönəndə iş böyüyür, hətta toqquşmalar belə yaşanır. Nəticədə problemi yaşayan dövlət və hakimiyyət olur. Halbuki əss günahkarlar bələdiyyələrdir. Və bu barədə bir neçə gün əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov eyhamlı şəkildə bələdiyyələri ittiham etmişdi. DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, artıq Bakının və Abşeron rayonunun bələdiyyələrinin qanunsuz torpaq alverilə bağlı təftiş olunması qərarı verilib. Məlumatı verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, bu işdə əsas maraqlı tərəf kimi çıxış edən DTXK-nın davamlı şəkildə ədliyyə nazirliyinə və hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər yekunda ədliyyə nazirliyinin müvafiq idarəsinin yoxlama qərarı verməsilə nəticələnib. Mənbə iddia edir ki, gələn aydan etibarən bələdiyyələrdə nazirlik tərəfindən qəfil yoxlamalar həyata keçiriləcək. Geri qayıt |