Əsas Səhifə > Sosial, Manşet > Qəzet bazarına ƏL GƏZDİRİLİR...

Qəzet bazarına ƏL GƏZDİRİLİR...


17-11-2023, 10:03
Qəzet bazarına ƏL GƏZDİRİLİR...
Çox təəssüf ki, dövlətdən böyük məbləğdə aylıq pul alan (hər ay 20 min manat) gündəlik qəzetlər ictimai rəyə təsir edə bilmirlər, dövlət siyasətinin ideoloji cinahında "ölü hücrə"lərə çevriliblər. Dövlət uzun illərdir "bəlkə də düzəldilər" prinsipini əsas tutaraq, humanizm nümayiş etdirib və gündəlik qəzetlərə hər il 240 min manat pul ayırır.
Əldə etdiyim informasiyaya görə, növbəti ildən etibarən gündəlik qəzetlərin maliyyəsi kəsiləcək, dövriyyəsi azalacaq və həftəlik nəşrə keçəcəklər.
Düşünürəm ki, bu, doğru addımdır.
Büdcəni bu cür qeyri-effektiv, heç bir ideoloji funksiyası olmayan və şablon redaksiyaçılığa xərclənən vəsaitlərdən azad etmək lazımdır.
Bu qəzetləri həftəlik nəşrə keçirməklə kifayətlənməməli, hətta onlardan hesabat tələb olunmalıdır. 15 il ərzində dövlətdən 3 milyon 600 min manat vəsait alan hər hansı gündəlik qəzetin ideoloji, statistik, maliyyə və s. hesabatı verilməlidir. Bu məbləğin böyük hissəsi baş redaktorların şəxsi maraqlarına və ailə üzvlərinin maddi rifahının yaxşılaşmasına xərclənib. Bu, ciddi korrupsiya faktı kimi araşdırılmalıdır.
Gündəlik qəzetlərin müxtəlif dövlət qurumları və özəl şirkətlərlə bağladığı müqavilələr nəticəsində əldə etdiyi vəsaitlərin həcmi isə daha böyükdür.

Müəllif: Samir Feyruzov
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt