Əsas Səhifə > Sosial, Manşet > Ağır xəstə olan Sabirabad sakininin prezidentə tükürpədən müraciəti

Ağır xəstə olan Sabirabad sakininin prezidentə tükürpədən müraciəti


22-02-2014, 12:51
Ağır xəstə olan Sabirabad sakininin prezidentə tükürpədən müraciəti
Sabirabad rayon sakini Azad Muradov redaksiyamıza şikayət məktubu göndərib. DİA.AZ həmin şikayəti təqdim edir:

“Yazıb sizə məlum edirəm ki, mən Muradov Azad İlqar oğlu 1993-ci-ildə Sabirabad rayonunda anadan olmuşam. 11 ildir ki, miyopatiya(əzələ) xəstəliyindən əziyyət çəkirəm. İndiyə qədər müalicə olunsam da hələ yeriyə bilmirəm. 20 yaşım var. Həkimlər cərahiyyə əməliyyatı keçirməyi və yeriyənə qədər müalicə olunmağı töfsiyə edirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı Azərbaycandan xaricdə Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, İtaliya, İsrail, Koreya, Yaponiya və s. ölkələrdə həyata keçirilir. Mənim xəstəliyimin müalicəsində istifadə edilən iynə-dərman pereparatları da Amerika, Almaniya, İtaliya, Fransa, İsrail və s. xarici ölkələrin istehsalıdır. Mən 1-ci qrup əliləm, ayda 67 manat pensiya alıram. 67 manat pensiyadan başqa Dövlət tərəfindən mənə heç bir köməklik göstərilmir. Neçə illərdi ki, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edirəm ki, məni xarici ölkələrin birinə cərahiyyə əməliyyatına, müalicəyə göndərin və müalicəmi davam etdirmək üçün Səhiyyə Nazirliyi olaraq mənə kömək edin. Səhiyyə Nazirliyi isə mənə heç bir kömək göstərmir. Xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Administrasiyasına ərizə yazmışam. Heydər Əliyev fonduna da dəfələrlə ərizə yazmışam. Ərizəyə cavab olaraq Prezident Administrasiyasından, Heydər Əliyev fondundan bildirdilər ki, vətəndaşları xarici ölkəyə cərahiyyə əməliyyatı və müalicəyə göndərmək Səhiyyə Nazirliyinin vəzifəsidir və bu işlə Səhiyyə Nazirliyi özü məşgul olmalıdır. Prezident Administrasiyasından, Heydər Əliyev fondundan Səhiyyə Nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi araşdırıb Səhiyyə Nazirliyi həll etsin.

“Yaxud, niyə səhiyyəmizi elə səviyyəyə qaldırmırlar ki, biz dərdimizin çarəsini Azərbaycanda axtaraq, Avropada yox...”

Lakin buna baxmayaraq Səhiyyə Nazirliyi problemimi həll etməmişdir. Hər il Dövlət büdcəsindən Səhiyyə Nazirliyinə yüz milyonlarla manat pul ayrılır, mən bilmirəm ki, Səhiyyə Nazirliyi vətəndaşların problemini həll etmirsə, onda bu pulları hara xərcləyirlər? Yaxud, niyə səhiyyəmizi elə səviyyəyə qaldırmırlar ki, biz dərdimizin çarəsini Azərbaycanda axtaraq, Avropada yox... Səhiyyə Nazirliyi Dövlət büdcəsindən ayrılan pulu belə çıxır ki, mənimsəyir və korrupsiya edir. Bu hal məmur özbaşınalığı, vəzifədən sui-istifadədir. Mən hələ 2010-cu ildə Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət etdim ki, məni xarici ölkələrin birinə cərahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy versinlər. Komissiyada məni yoxlayıb müayinə etməmiş sənədlərimə baxaraq Azərbaycan daxilində müalicə olmağa rəy verdilər. Komissiyanın sədri bildirdi ki, Səhiyyə Nazirliyi vətəndaşları xarici ölkələrdə cərahiyyə əməliyyatı və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Biz də ona görə xarici ölkədə cərahiyyə əməliyyatı və müalicə olunmağa sizə rəy verə bilmirik. Mən bu rəydən imtina edirəm və mənə verilən rəyə imza çəkən həkimlər bunlardı: Komissiyanın sədri Quliyev Nəsib, Komissiyanın katibi Əliyeva İradə, Komissiyanın üzvləri Əsədov Bilal, Quliyev Faiq, Kərimov Məmməd, Məmmədbəyov Fərid, Vəlibəyov Rəşid, Heydərov İbrahim, Novruzov Rafael. Mən bu həkimlərdən Cənab Prezident İlham Əliyevə şikayət edirəm, çünki nə mən xəstənin cərahiyyə əməliyyatını və mualicəsini burada-Azərbaycanda edirlər, nə də xaricə göndərirlər. Özləri də deyirlər ki, bu xəstəliyin müalicəsi xarici ölkələrdə mümkündür. Belə olduğu halda və müalicəm Azərbycanda mümkün olmadığı halda, Azərbaycan daxilində cərahiyyə əməliyyatı və mualicə olunmağa niyə rəy veriblər?

Mən Səhiyyə Nazirliyinə bir daha ərizə ilə müraciət edərək bildirdim ki, cərahiyyə əməliyyatı və müalicə olunmaq üçün məni xarici ölkələrin birinə göndərin. Cavab olaraq Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət edin. Bəs indi mən nə edim?”

Geri qayıt