Əsas Səhifə > Sosial, Manşet > Sumqayıt sakini Qarabağın işğalından belə əziyyət çəkir: 20 ildir evinə girə bilmir
Sumqayıt sakini Qarabağın işğalından belə əziyyət çəkir: 20 ildir evinə girə bilmir24-02-2014, 11:03 |
DİA.AZ: - Redaksiyamıza 1966-cı ildən Sumqayıt şəhərində yaşadığını qeyd edən Ağakişiyev Firuddin Balaqadaş oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın DİA.AZ-a yolladığı müraciətində deyilir: “65 yaşım, 45 ilik əmək stajım var, hazirda işləmirəm, pensiyaçıyam, 247 manat pensiya alıram. 1978-ci ildə, işlədiyim zavoddan 2 otaqlı mənzil (10-cu m/r, ev1, mənzil 72) almışdım, daha sonra ailə tərkibimin artması ilə əlaqədar mənə, 1993-cüildə 4 otaqlı mənzil (47-ci məhəllə, ev13, mənzil 22) verilmişdi. Həmin vaxt, məcburi köçkün ailəsi bu 4 otaqlı mənzilimdə məskunlaşdığı üçün, mən, sonradan başqasına verilmiş əvvəlki mənzilimdə, məcburi olaraq yaşayırdım. 2011-ci ildə, bu mənzilin sahibi, mənzilinin boşaldılması barədə məhkəmədə iddia (İş-060-975/2011) qaldırır. Bununla əlaqədar mən də, məcburi köçkün ailəsinin mənzilimdən çıxarılması barədə məhkəməyə müraciət etdim (İş-2-060-2429/2011). Sumqayıt məhkəməsi hər iki iddianı təmin etmişdir. Mənim lehimə olan məhkəmə qərarını məhkəmə icraçıları icra etmədilər, buna səbəb kimi isə, mənzilimdə yaşayan ailənin məcburi köçkün ailəsi olduğunu əsas gətirdilər. Məhkəmənin mənə qarşı olan digər qərarını isə, həm APELLYASIYA və həm də ALİ məhkəmə qüvvədə saxladı və nəticədə, ailəmdə iki nəfərin pensiyaçı, birinin isə nevroloji xəstə olmasına baxmayaraq, 2013-cü ilin yanvar ayinda icra olunaraq, 7 nəfərdən ibarət ailəm, yaşadığımız mənzildən çıxarıldı, yəni məhkəmə qərarı bir vətəndaşa qarşı icra olundu, digərinə qarşı isə yox, baxmayaraq ki, konstitusiyada deyilir; hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin vaxtdan bütün ailə ilə, yoldaşım, oğlum, qızım, gəlinim və iki nəvəmlə kirayədə yaşamağa məcbur olmuşuq. Indi hər ay pensiyamın tamamını kirayə haqqina ödəyirəm və buna görə də çox ciddi maddi sıxıntı içindəyəm. Yoldaşımın pensiyası 132 manatdır və, kommunal xərclər də ödəndikdən sonra (yoldaşım həm də şəkər diabetli xəstədir) bizə yəni iki pensiyaçıya bir ay ərzində dolanmaq üçün 80-90 manat pul qalır. Ailəmizdə işləyən tək oğlumdur, maaşı azdır və ailəsinin ehtiyaclarına ancaq yetir buna görə də ailəmizin bir çox ehtiyaclarını ödəyə bilmirik. Elə bu səbəbdən də, danışa və gəzə bilməyən 5 yaşinda nevroloji xəstə nəvəmizin müalicə kurslarını dayandırmalı olmuşuq ki, bu da bizi çox üzür, bizi daha çox üzən isə odur ki, mənzilimiz ola-ola kirayədə yaşamağa məcbur edilmişik. Məhkəmə qərarımın icra olunması üçün müvafiq qurumlara etdiyim müraciətlərimlə bağlı aldığım cavablarda, mənzilimin hələ gələcək illərdə mənə qaytarılacağı bildirilir, ailəm isə indinin özündə çox ciddi maddi sıxıntı içindədir. Kirayədə yaşamanın maddi və mənəvi sıxıntısı olmasaydı, mənzilimin qaytarılacağı gələcək illəri yenə də gözləmək ( 20 ildən sonra da olsa belə) olardı. Aldığım cavablarda mənzilimdə “zəbt” yox “müvəqqəti” məskunlaşma olduğu vurğulanır. Halbuki bu məskunlaşma, QAÇQINKOM-un, şəxsi mənzillərlə bağlı fəaliyyətsizliyi üzündən 20 ildən sonra da davam edirsə, və bu mənzillərə bağlı məhkəmə qərarları icra olunmursa bu, elə “müsadirə olunmuş” demək deyilmi, yəni, məcburi köçkün ailəsi də olsa belə, onun vətəndaşın şəxsi mənzilimdə məskunlaşması müddəti nə qədər davam edə bilər? Vətəndaşın şəxsi mənzilinin 20 ildən artıq davam edən zəbtinə, yəni normal hal kimi baxılırmı ki, hazırda ilk növbədə, yataqxanalar, bağçalar və digər yerlərdə məskunlaşmiş məcburi köçkün ailələri mənzillə təmin edildiyi halda, şəxsi mənzillərlə bağlı isə belə işlər aparılmır? Bu yaşıma qədər həyatda, əsas sahib olduğum, ailəm, mənzilim və pensiya maaşımdır. Mənzilimdə, məcburi köçkün ailəsi məskunlaşmış və bu durum, 20 ildən çoxdur davam edir, məhkəmənin qərarının icrası təmin olmadığı üçün, 2013-cü ilin əvvəlindən kirayədə yaşamaya məcbur edilmişəm ki, buna görə də, təqaüdə çıxdığımda dolana bilməyim üçün mənə təyin olunmuş pensiyamın tamamını, kirayə haqqına ödəyirəm , qalır ailəm ki, onun da vəziyyəti bütün bu səbəblər üzündən ağır durumda. Bu səbəbdən də mən, məhkəmə qərarımın (Iş-060-2429/2011) icra olunması və mənzilimə köçə bilməyim üçün müvafiq qurumlardan kömək istəyirəm”. Geri qayıt |