Əsas Səhifə > Sosial, Manşet > Samiq Sadıxov Azərbaycan genefondunu məhv edir
Samiq Sadıxov Azərbaycan genefondunu məhv edir6-12-2023, 09:57 |
Naxçıvanda son aylar səhiyyə sahəsində aparılan “islahatlar” nəticəsində əhalinin sağlamlağının qorunması sahəsindəki vəziyyət kritik həddə çatıb. Naxçıvan sakinləri hər gün sosial şəbəkələrdə muxtar respublika xəstəxanalarında sıradan çıxmış, işləməyən tibbi avadanlıqlar barədə yazırlar. Bu gün muxtar respublika xəstəxanalarında kompüter tomoqrafiyası, MRT kimi vacib tibbi avadanlıqlar yoxdur. Xəstəxanalarda EXO və EKQ müayinəsi üçün aparatlar da işləmir. Səhiyyə müəssisələrinin dərman preparatları ilə təminatı da istənilən səviyyədə deyil. Muxtar respublika sakinləri yenə də müayinə və müalicə olunmaq üçün ya Bakı şəhərinə, ya da Türkiyəyə üz tuturlar. Bu da insanlar üçün ciddi problemlər yaradır. Bakıya və ya Türkiyəyə gedə bilməyənlərin sağlamlığı və həyatı ciddi risk altındadır. Naxçıvanın səhiyyə naziri əvəzi Samiq Sadıxov isə bu sahədəki problemləri həll etmək əvəzinə özünə 130 minlik avtomobil alır, muxtar respublika əhalisinin heç bir işinə yaramayan boş-boş forumlar keçirir. TNS-in bu gün əldə etdiyi məlumatlar isə qan donduran faktlardır. Bu, artıq Azərbaycanın genefondunun məhv edilməsidir. Bildiyimiz kimi, Naxçıvanın iqlimi sərtdir. Noyabr ayının sonlarından etibarən muxtar respublika ərazisində havalar kəskin soyuyur, şaxta müşahidə olunur. Məhz belə bir regionda, qış fəslinə yaxınlaşdığımız bir dövrdə Naxçıvan Perinatal Mərkəzinin istilik sistemi yoxdur. Mərkəzdə çalışan həkimlər, buradakı xəstələr soyuqdan donurlar. Yalnız yeni doğulmuşlar şöbəsində 1-2 istilik radiatoru qoyulub, o da standartlara uyğun deyil. Əslində yeni doğulan körpələrin yerləşdirildiyi otaqda temperatur müsbət 24 dərəcə olmalıdır. Naxçıvan Perinatal Mərkəzidəki həmin otaqda isə temperatur müsbət 18 dərəcədir. Bu vəziyyət həmin körpələrin sağlamlığında gələcəkdə ciddi fəsadların yaranacağından xəbər verir. Digər ciddi problem isə Fizioloji doğuş şöbəsi ilə Reanimasiya şöbəsindəki körpələrin eyni məkanda saxlanılmasıdır. Tibb işçiləri yaxşı bilir ki, bu şöbələrdəki körpələrin eyni yerdə saxlanılması qəti qadağandır. Muxtar respublika sakinləri onsuz da Naxçıvandakı yuxarı orqanlardan əlini üzüb. İndiyədək muxtar respublika sakinlərinin heç bir problemi həll edilməyib. Azərbaycanın müvafiq dövlət orqanları bu məsələyə təcili müdaxilə etməli, gələcəyimizin məhv edilməsinə imkan verməməli, öz işinin öhdəsindən gələ bilməyən, insan sağlamlığına laqeyd yanaşan məmurlar; cəzalandırılmalıdır. Mənbə: TNS.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |